“Telefonuma cavab verməyəcəyini bilirəm”

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 094
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2013-01-10/1357832565-357.jpg
"O Bir Gün...”                                           

 

Axtarmaq... Hər yerdə axtarmaq... Hər saat, hər gün aramaqla keçir ömrüm...

Bilirəm, bir ömür boyu səni aramaqla keçəcək günlərim, aylarım, illərim... 

Bilirəm, ölənə qədər arayacam səni. Yoxsa ömrümün bir anlamı da olmaz...

Və mən yalnız səni arayacam, getdiyim hər yerdə, baxdığım hər şeydə, hər üzdə, hər gözdə... Səni, yalnızca səni...

Yenə səni arayıram... Əslində indi çox uzaqlardayam. Sənin şəhərindən də, mənim şəhərimdən də min kilometrlərlə uzaqlardayam. Günəş qüruba enir, günün ən kədərli, kövrək anıdır. Bir azdan Ay çıxacaq, mən isə küçələri dolaşıram. Dolaşıram küçələri, amma düşünürəm - Səni... Sənin burada olmadığını bilə-bilə yenə səni arayıram, səni... Bəlkə, bəlkə burdadır deyə... Bəlkə bir azdan bax elə bu küçənin tinində qarşıma çıxacaqsan deyə...

Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm.... 

Gül satan qadının qarşısından keçirəm. Mənə gül almağı təklif etmir... Yəqin tək olduğumu gördüyü üçün belə edir... Amma mən güllərin ən gözəlini alıram özüm üçün sənin adından. Sən axı mənə heç zaman gül almamışdın. Onları ciyər dolusu qoxlayıram...

Hava yaman soyuqdur... Dükana girirəm. Artıq qış gəldi, havalar yaman soyudu. Sənə əlcək hədiyyə alıram. Əllərin üşüməsin deyə. Mənə bax, ey... bilirəm ki, onu sənə verə bilməyəcəm, amma yenə alıram... Əllərim yaman üşüyür... Mənə elə gəlir ki, bəlkə də indi sənin əllərin üşüdüyündəndir ki, əllərim bu gün daha da çox üşüyür. Əllərimi tez isitməliyəm ki, əllərin isinsin... Deyəsən sənsizliyin mənə verdiklərindəndir. Davamlı əllərim üşüyər... Sənə aldığım əlcəyi əllərimə geyinirəm... Əllərimə elə qəribə istilik gəlir ki... Elə bil sənin ovuclarındadır, elə bil sən əllərimi nəfəsinlə isidirsən...

Yolüstü bir kafeyə girirəm. Qəhvə sifariş verirəm. Sənin çox sevdiyin qəhvəni... İkimiz üçün də sifariş edirəm. Ofisiant üzümə maraq dolu bir sualla baxır. Amma heç nə soruşmur. Yenə səni düşünürəm...

Stolun üstündə şam yanır. Necə də atəşlə, amma sakit-sakit yanır şam... Göz yaşları axır dolu-dolu... Ciyərlərimə çəkirəm şamın eşq qoxusunu...

Şamı, pərvanəni anlamaq... Pərvanəni, eşqi anlamaq üçün onun kimi yanmalıdır insan. – Sən eşqin fəlsəfəsini bu cür izah edərdin... Sənin eşq fəlsəfəni də özün kimi tam anlaya bilmədim... Nəyisə gizlədirdin məndən hər zaman. Sanki sənin sirrini, müəmmanı çözə bilməyimi istəmədin heç zaman. Hər zaman sirli qalmağa çalışdın. 

Aramaqla yanmalıdır insan...

Artıq gecdir. Otelə getməyi düşünürəm... Yolda qarşıma kitab dükanı çıxır. Mənə kitablar alacağına söz vermişdin, amma almamışdın. Mən də hər zaman görəsən mənə hansı kitabı almaq istəyirdi deyə çox düşünmüşdüm. Kitablara baxıram, sənə kitab almaq istəyirəm... Görəsən hansı kitabı almamı istəyərdi deyə düşünürəm... Bəlkə zəng edim soruşum deyə içimdən şeytani hisslər baş qaldırır... Amma zəng etmirəm... Bir neçə dəfə telefonu əlimə alıb təkrar çantaya qoyuram. Çünki telefonuma cavab verməyəcəyini bilirəm...

Satıcı qız hansı kitabı almaq istədiyimi soruşur. Bilmirəm, sən seç deyirəm... Maraq və təəccüblə üzümə baxır, sonra bir kitab gətirir. Pulunu ödəyib otelə qayıdıram... Yenə səni düşünürəm, yenə səni axtarıram...

Otel otağı yaman cansıxıcı gəlir mənə... İçimdən dəli bir ağlamaq keçir. Birdən kitabı xatırlayıram. Başımı bir az da olsa qarışdıra biləcəyimi düşünürəm... Görəsən satıcı qız mənə nə kitab verib deyə açıram...

David Nicholls, "One day” ("Bir Gün”)... Oxumağa başlayıram və ilahi bu bir təsadüfdürmü deyirəm... – Doğurdan da qəribə təsadüfdür. Təsadüfdürmü? Bəlkə də...

20 il. İki insan. Bir Gün...

O, Bir Günü düşünməyə başlayıram... 

Gerçəkdən də bəzi insanlar bütün həyatını, aradığının tam önündə olduğunu fərq etmədən yaşarlar...

Emma və Dexteri oxuduqca bizi düşünürəm... Və o Bir Günü...

Qənirə Paşayevanın hekayəsi
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri