Mən kiməm?...

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 074
Səs ver:
(səs: 3)

 

Mən kiməm?...
Bəlkə böyük bir laboratoriyada üstündə təcrübə aparılan balaca özünü qoruya bilməyən siçovul...
Bəlkə mələklərin cəzalandırdığı ölümsüz insan...
Bəlkə bu həyatı ikinci,üçüncü və s. dəfə yaşayan zavallı bir məxluq...
Bəlkə ruh olub,azadlığa qovuşmaq istəyən,sözün əsl mənasında,"Azadlıq Pərəstişkarı"...
Bəlkə taleyi ilə barışıb,balaca dirəkdən qorxan bir fil...
Bəlkə içindəki dərinliyə gedən yolda azıb qalan,son arzusu,bir qurtum su olan qoca,müdrik bir dərviş.Yadakı,bu dərvişə rast gəlib,xoşbəxtlik axtaran bir insan...

 

 Bəlkələr...

 
Ancaq mən,nə axtardığımı artıq bilirəm..."Xoşbəxtlik"...
Bu elə bir anlayışdır ki,pulla ala bilmərsən.Nə qədər pulun çox olarsa,sən bu həyatda o qədər də var olacaqsan!Ancaq,xoşbəxtlik özü elə bir hissdir ki,"Nə Qədər Pulun Var,O Qədər də Bədbəxt Olacaqsan!"...
Bu mənim düşüncələrim.
Bəlkə çox yaxında,bəlkə də uzaqlarda...
Bəlkə düz yanında,ya da ki,həyatında...
Bəlkə sağında,bəlkə də solunda...
Bəlkə əvvəldi?...Bəlkə də...sondur?...Hə,hə...Məncə bu sondur...

 

Bəlkələr...


Yazıq yolçu...Yazıq Kor Yolçu...Yazıqlar sənə...Sənin əlindən hər şeyi tutub aldılar.Əvvəlcə gözlərini,sonra xoşbəxtliyini,həyatını,xəyallarını,ümidlərini,uşaqlığının sadəlövh arzularını,qanadlarını və bir də gecələrdən sənə hədiyyə qalan şirin yuxularını...
Bu yazını yazıram.Ancaq yazdıqlarımın heç birisi mənə aid deyil.Hamısı körpə qəlbimin,sonu görünməyən dərinliyində,əzab çəkərkən,qışqıraraq kömək istəyəndə,kiminsə dediyi sözlərdir.Onu mən də tanımıram.Özümə sual yaradıb,cavabı axtarıram...
Bu ya Real həyatın özüdür?Ya da ki,realizimdən uzaq bir səfərin mənə hədiyyəsi.
Bəlkə də cadugarın lənəti.Ya da ki,...Ya da ki,kor yolçu.Mənim yazıq,kor yolçum.Kömək istəyir.Yardım istəyir.Ancaq mən...
Mənim cavabımda,həyatımda,arzularımda,fikirlərimdə,ümidlərimdə,yetim qalan və gerçəkləşməyən xəyallarımda,elə mənim özümdə,orada,qaranlıqda məni gözləyir.Ancaq mən...Ancaq mən qorxuram.O,amansız dərinliyə enməkdən qorxuram...
Bəlkə o,şeytandır?...Mənə pisliyi öyrədərkən,mələklərim dözməyib onu ora atıblar.İndi də məndən kömək istəyir.Ona inanmağımı istəyir.Mənim yardım əlimi öz lənət olası planlarına qardaş eləmək istəyir...
Bəlkə də mən yanılıram...
Bəlkə də,o sadəcə bir mələkdir...Mənə yaxşılığı öyrədərkən,şeytan qısqanclıq hissinə dözə bilməyib,onu itəliyərək ora atıb...
Ya da...ya da ki,hamısı bir yuxunun mənə göstərdiyi acı bir həqiqətdir?Bir film kimi uzun-uzadı,ya da ki,bir reklam kimi iki dəqiqədən bir mənə göstərilir...
Ehhh... Nəisə...

 

Bəlkələr...

Sizə bir insan kimi məsləhətim,ömrünüzdə heç vaxt,"Bəlkə?"lərə yer verməyin!Bu ölümcül bir virusdur.Beyninə bir dəfə düşdüsə,sözün əsl mənasında "Həyata Əlvida"...

 

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 3 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri