Buna görə..

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 844
Səs ver:
(səs: 2)
Yoxdan var olmadı xoşbəxtliklərim, sevinclərim, qəbul etmələrim, fərqindəliklərim, bağlılıqlarım, seçiciliklərim, yenidən yaranmalarım, qərarlarım, hədəflərim...
Yoxdan var olmadı hüznlərim, tükənmələrim, üsyanlarım, hirslərim, asılılıqlarım, sanmalarım, şübhələrim, ön mühakimələrim, nəğd hökmlərim...
Yoxdan var olmadı sağlamlığım, gücüm, qüvvətim, enerjim, canlılığım...
Yoxdan var olmadı xəstəliklərim, ağrılarım, yorğunluqlarım, pis vərdişlərim...
"Mən Yaratdım..."
Getməm lazım olan zamanda qalmalarım, qalmam lazım olan zamanda qaçışlarım, sonu olmadığını bilə-bilə sürdürüşlerim, -miş, -mış kimi yaşayışlarım, çıxdığım yoldan geri dönmələrim, özümdən qopmalarım...
Buna görə..
" Mən Yaratdım..."
Edə bilməzsən deyilənləri gerçekleştirişlerim, olmazları var edişlərim, sıfırdan başlayışlarım, gücümə güc qatışlarım, yola çıxışlarım, Eşqə çatmalarım, assimilyasiya et görüşmələrim...
" Mən Yaratdım..."
Mən yaşadığım bu dünyada etdiklərimlə, etdiklərimlə, düşüncələrimlə, duyğularımla,  məndən bir "mən daha yaratdım..."
Mən doğurdum özümdən özümü, balalarımı, eşqimi, yuvamı, ailəmi, sevdiklərimi...
Yaxşını da pisi də, gözəli də çirkini də, doğrunu da səhvi də, oluru da olmazı da, xəyali də gerçəyi də, ölümdən qeyri nə yaşadımsa hər şeyi amma hər şeyi mən yaratdım...
Mən...
İndi  "bu an"ı yaşayarkən gələcəyimi də yaradır olduğumu, atdığım hər addımın, söylədiyim hər sözün, başlatdığım, davam etdirdiyim və bitirdiyim hər əlaqənin sonsuza qədər "bir yerlərdə və bir şəkildə", "mənimlə və mənə aid" olacağını bilirəm. ..nefes aldığım yalnız "bu an" ikən gələcək olan beş dəqiqə, bir həftə, üç ay, on il sonrasını da əslində yaşadır olduğumun fərqindəyəm...
Bəlkə də bu üzdəndir yaşadığım hər yeni günə yeni bir başlanğıc olaraq baxa bilməm...
Bəlkə də bu üzdəndir hər yeni başlanğıcın və sona çatdırmağa qərar verdiyim hər bitmənin gələcəkdə də mənimlə olacağına inanmam...
Bəlkə bu üzdəndir qərarlarımın mənə, sevdiklərimə və hətta bütün insanlığa xeyirli olmasını diləməm...
Bəlkə də bu üzdəndir dəyişdirə biləcəklərimə dair güc və qüvvət istəməm...
Bəlkə də bu üzdəndir dəyişdirə bilməyəcəklərimi qəbul edə bilməm...
Bəlkə də bu üzdəndir üsyan etmək yerinə şükr etməyi seçməm...
Bəlkə də bu üzdəndir " tamamlandım" deyə bilməməm...
Bəlkə də bu üzdəndir məndən kənar bir Yaradıcıya sığına bilməm...
Bəlkə də bu üzdəndir doğan hər yeni cana möcüzə olaraq yaxınlaşa bilməm..
Və bəli bu üzdəndir ki,  var olan bütün yaxşılıqların bütün həyatları boyunca uşaqlarımın yanında olmasını diləməm..
Tərcümə  etdi:PURE LOVE

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri