Uşaq

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 795
Səs ver:
(səs: 2)

 Harda bir yazıq görsən uşaq, tut qolundan qaldır. O böyük adamların kölgəsində söyüdlənən əncir ağaclarını sulayan insanlar görəcəksən uşaq, gözyaşları içində həngamələrə qaçan məhşəri izdihamlara dalacaqsan. Böyük deyə təlim edilən çılpaq krallara və çirkli tarixinə şahidlik edəcəksən insanoğlunun. Qan və zülmün ən naşı zamanlarına eyni düşdüyün quru quyularda daş axtaracaq, üstünə çökən qaranlıqlarda öz kölgəni unudacaqsan. Səssizliyin əlifbasıyla şəkillənən üzün, sənə belə qorxuducu gələcək uşaq. Kimsə tanımırkən səni, sən bilirkən özünü, unudacaqsan üzünə qorxuducu bir qarabasan kimi çökən qanlı döyüşləri. O döyüşlər ki nə qədər cəsur cəngavərlər gördü uşaq. Get buradan uşaq, sənə görə deyil bura. Buralar uşaqlara görə deyil. Uşaqların aid olmadığı çirkli bir dünya bura. Sizə görə bir dünya yaratmadıq. Yarada bilmədik. Uşaqların aid olduğu, xəyal bağçalarında cücərən döyüşsüz, qansız, dövüşsüz, şəfqətli bir diyar buraxa bilmədik. Get buradan.

Bax işdə, tam da əlində tutduğun təklik, içinə alın tərəfindən səni, eşitdir hər kəsə, səslən, uşaq səsini basdırıb, içindəki o qanlı cəngavərin döyüş sahələrində gəzişən qaranlıq kölgəsi cücərənə qədər. Nə qədərləri düşdü bu yollara. Nə qədər uşaqlar əsir qaldı bu ümid etməyində. Sən get uşaq. Sənə görə deyil, uşaqlara görə deyil bu dünya. Qaranlıqlar ölkəsindən səsləndirilən, alt yazılı bir döyüş filminin orta yerindəyik. Kimsə kimsənin altında qalmır. Hər kəs bu oyunun qurucusu, hər kəsin əli qanlı. Uşaqlar, yalnız döyüş sahələrini dolduran izdiham bir üz. Sən get, ölmə uşaq.
Tərcümə  etdi: PURE LOVE


(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri