Xarizmanı necə inkişaf elətdirək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 109
Səs ver:
(səs: 3)

Xarizma – bir şəsxiyyətin avtoritetinin olması deməkdir. İnsanları ələ ala bilmək, onlarla asanyolla  ümumi dil tapmaq şüuraltı idarə olunur.

Niyə bir çox insan telefon vasitəsilə zəng vurmaqdan və ya birindən nə isə xahiş etməkdən çəkinir? Bizlər tanımadığımız insana yaxınlaşmaqdan, müdiriyyətlə maaş haqqında danışmaqdan, öz istəklərimizi bildirməkdən niyə utanırıq?

Biz get-gedə öz gözümüzdən də, rəhbərliyin, qonşuların, qohumların da gözündən düşürük …

Xarizmanın resepti olduqca sadədir.

İlk öncə özünüzdən əmin olun. Bu zaman insanlar sizi bilikli mütəxəssis, maraqlı həmsöhbət, dost kimi görəcəklər.

Kainatı kompüterlə müqayisə etsək, belə bir misal çəkmək olar. Siz məlumatı daxil edirsiniz, enter işarəsini basırsınız və həmin məlumatı kompüterin sisteminin yaddaşında saxlayırsınız. Eyni qaydada şüurunuzun altına özünüzlə bağlı məlumat yeridin və ilk öncə özünüz, sonradan da yaxınlarınız nə dərəcədə dəyişdiyinizin şahidi olacaqıar.

Unutmayın ki, cəmiyyətin qoyduğu qaydalara daima riayət etsəniz şəxsiyyət kimi formalaşa bilməyəcəksiniz.

İnsanınözündən əminliyinin 7 prinsipi.

  • Hər insanın özünə və etdiklərinə görə cavabdehdir. Günahı başqalarının üstünə atmayın.
  • Yalnız Siz sizin üçün nəyin yaxşı və ya pis olduğunu dəqiq bilirsiniz. Nə ilə məşğul olmaq istədiyinizə özünüz qərar verməlisiniz.
  • Siz xoşbəxt olmalısınız, yoxsa ki niyə yaşayırsınız? Sürünməyin-ayaqda durun. Sürünən kəslərin xarizması olmur.
  • Öz intuisiyanıza arxalanın, başqalarının nə dediyinə deyil.
  • Günah hissi – insanı zəhərləyən bir hissdir. Bu hissdən azad olmağa çalışın və gələcəkdə buraxdığınız səhvləri təkrarlamayın.
  • Bütün təsadüflərin qanunauyğunluğu var. Baş verənlərin hansı səbəb üzündən baş verdiyinə diqqət yetirin. Bəlkə bu sizin etdiklərinizin nəticəsidir, və ya etmədiklərinizin. Bəlkə bunlar sizi qoruyan bir xəbərdarlıq və ya siqnaldır?
  • Müdrik insan baş verənlərə görə şikayət etmir, sadəcə ibrət götürür.


(səs: 3)
Şərhlər: 1
Baxılıb: 2 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri