Axşam əri gələndə ikisi də yemək yeməyə başladılar. Sonra axşam namazı qıldılar sonra da yatmağa getdilər. Qoca qadın yatarkən qorxulu bir yuxu gördü. Yuxusunda meydan boyda geniş bir yer idi. Böyük bir tonqal qalamışdılar. Çoxlu insan vardı ətrafda. Sanki nəyisə gözləyirdilər. Yaşlı qadının əlləri bağlanmış halda, ağ bir paltarda tonqalın yanına gətirilmişdi. Yanında iki adam vardı. Qara geyinmiş bir adam göy gurultusu kimi səsiylə bağırdı: "Bir insanı yandırmağın cəzasının nə olduğunu bilirsənmi?"
Qadın cavab verdi: "Vallahi də, billahi də mən heç kimi öldürməmişəm". Qara geyimli insan isə qadının bir insanı yandırdığını, ora toplaşanların isə qadını yandıracaqlarını dedi. Yaşlı qadın yalvararaq diz çökdü. Bu arada tonqalın qarşısında kömürlənmiş bir kişi görsənir və qadını göstərərək " odur, məni yandıran odur" deyə cavab verir. Yaşlı qadın heç nə demədən ağlayır. İnsanlar onu tonqala atırlar. Bu zaman həyat yoldaşı "Naciyə, Naciyə,oyan!" deyə qışqırır. Qadın oyanır və əlini yerindən çıxmaqda olan ürəyinin üstünə qoyur. Bunun yuxu olduğu üçün Allaha dua edir. Yuxusunu yoldaşına danışır və necə böyük bir günah işlətdiyini başa düşür. Tərəddüd belə etmədən əqrəbi oda atmışdı. Cəza verməyin yalnız Allaha məxsus olduğunu unutmuşdu. Yaşlı qadın səhvini başa düşüb Allaha onu bağışlaması üçün çoxlu dua etdi.