Nağıllar və Eşq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 189
Səs ver:
(səs: 0)
Pambıq Şahzadə, Külkedisi, Rapunzel, uşaqkən yuxuya getmədən əvvəl son eşitdiyimiz hekayələr. Hamısı eşqi izah edər. Böyük çətinliklərdən sonra qovuşar aşiqlər və xoşbəxt sonla bitər hekayə. Yaxşı, indiki vaxtda da bu nağılların bənzərləri varmı? Yoxsa böyük şəhərlərdə, şahzadəsi gözləyərkən öpdüyümüz qurbağa sayının artımımı əlimizdə qalan?

Yalnız nağıllarla böyüyənlərmi eşqə inanır hələ? O əfsanələrdəki çətinlikləri yaşayarkən eşqimizi qoruya bilirikmi? Sevənə samanlıq seyranmı? Adamdan adama dəyişər deyə cavab verə bilərik bu suallara amma mən ümumiləşdirməyə baxıram.
Gənclik gözü kor edir. Eşq desən, çəhrayı eynək, hara çarpdığımızı bilmədən gedirik. Bəzən o görmədən çarpdığımız divarlar, bütün bir ömürü götürüb aparır. Yaxşı, bu qədər məntiqli düşünsəydik adı eşq olar idimi? Olmazdı əlbəttə! Eşq, küləkdə sovrulub getməyə bənzər, çox vaxt süründürüldüyünü belə fərq etməzsən. Bunlar aşan və gəncliyin gətirdiyi suallar. Bizim dünyada hava necə ona baxaq.
Nağılları şüuraltına yerləşdirən kiçik qız uşaqları, uzun bir müddət həqiqətən ağ atlı şahzadəni gözləyərlər. Hər gələni şahzadə sanmamız və bir şahzadə kimi davranmamız ondan. Haradan bilək ki, daha əvvəl şahzadəmi gördük? Sonra bir baxarıq ki, o şahzadə əslində qurbağaymış.

Oğlanlarına Tommiks, Teksas, Robin Hood kimi hekayələr oxunduğundan, onlar da bizim bir şahzadə gözlədiyimizi bilə bilmədən böyüyərlər. Çox vaxt bu qədər soylu davranışımızı, möhtəşəm olduqlarına bağlarlar və burunları, hətta burada yaza bilməyəcəyim bir çox yerləri bu səbəbdən böyüyər. Əsl problem bu zamanda başlar. Biz onların şahzadə və cəngavər olduğunu fərz edərək eşqi verərik; onlar, götürdükləri eşqi eqolarından keçirərək xalqa  paylayarlar. Haradan bilsinlər Robin Hood olmadıqlarını?

İşdə, ilk zamanlarda eşqlə qarşılaşan nağıl beyinli gənclər, böyüdükcə silinməsi lazım olan hekayələrə daha çox inanarlar və yaş irəlilədikcə əlaqələr qarışar. Buna görə, qadın və kişinin arasında həmişə bir qarşıdurma, ünsiyyət və bir-birini anlaya bilməmə problemi vardır. Nəticədə, qadın səs-küyçü, davamlı şikayət edən, nə istədiyi heç bilinə bilməyən bir yetkin kimi görünər. Kişi isə romantizm məhrumu, laqeyd, ürəksiz sifətləri ilə damğalanaraq yaşamağa alışar.

Həmişə deyilər, qadınlar detalçıdır; kişilər ümumiyə baxar deyə, qismən doğrudur. Qadın üçün həyati dəyər daşıyan mövzular, kişilərin maraq  sahəsinə girməz. Əslində, bir bütünün iki yarısı olan qadın və kişi, doğru ünsiyyət şəklini tapa bilsələr, gül kimi dolanıb gedəcəklər də, həmişə bu nağıllar üzündən olar nə olsa!
Dünya döndüyü müddətcə davam edəcək olan bu problemlərin, radikal bir həlli yoxdur. İnsanlar, əlaqələr, hadisələr dəyişdikcə; ediləcək hərəkətlər, sözlər və düşüncələr dəyişəcək. Konstitusiyaya, eşq üçün qaydalar koyulamamasının tək səbəbi də budur. Hər kəs öz ürəyindən gələn səsi dinləyəcək, könülünün söylədiyi istiqamətə gedəcək və bu kainat var olduqca, insanoğlu qarşı cinslə həmişə döyüşəcək.
Heç birimizin saçları Rapunzel qədər uzanmayacaq, bir şahzadə gəlib öpərək yuxudan da oyandırmayacaq. Amma bizim hekayələrdə də möcüzələr olacaq. Ürəyimiz həmişə bəziləri üçün daha sürətli atacaq, yaşayan milyardlarla insan içindən yalnız bir adam könülümüzə taxt quracaq. Digər tərəfdən, nə qədər istəsək də öpdüyümüz qurbağa həmişə qurbağa qalacaq. Ən yaxşısı, biz qurbağalarımızdan şahzadə yaratmağa işləməyək, onları olduqları kimi sevək, nə də olsa bizim də çox şahzadəyə bənzər yanımız yox!....

Tərcümə etdi:PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri