Mən bunu oxuyanda çox pis oldum. İstədim paylaşım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 462
Səs ver:
(səs: 10)

Bu mənim 5 il öncəki həyatımdi,,...Həyatımın hər anını deyil sadəcə onunla keçirtdiyim anlarımı qeyd etmək istəyirəm.Bir sevdiyim vardı .o məni mən də onu cox sevərdik bir birimizi. Mən onun səsini eşidir və ona toxuna bilirdim ancaq heyatımda bir əngəl vardı gözlərim......yəni mən onu kor olduğumdan gorə bilmirdim ancaq o mənə bunu heç vaxt hiss etdirmirdi.. O zamanlar mənim 20 yawim vardi ancaq kor olduğuma baxmayaraq özümü çox xowbəxt hiss edirdim.Hərdən elə olurdu ki,xeyal qurardım ki,kaw gözlərim 1 dəqiqəlik də olsa açılaydı onu görə bilərdim.Amma onunla birlikdə olduqda heç bunlar yadıma da düşmürdü,,günlərimin çoxunu demək olar ki,onunla kecirirdim.hətta gecələr səhərədək telefonla danıwırdıq.Düzdü baxışlardan çox şey asılıdır amma  mən onu görməsəm də sözlərindəki,o həyəcan məni necə sevdiyini sübut edirdi.Bir dəfə məni dənizdə  gəmiyə mindirdi və mənə dedi ki,əgər sən dənizin səsini eşidirsənsə və əgər sən o ləpirləri hiss edirsənsə onda deməli mən o dəniz sən də mənim ruhumsan.

Bu söz mənim çox xoşuma gəldi o an onu qucaqlayıb səni seviəm demək istədiyimdə,əllərimi səhv tərəfə açmışdim.bu ona çox pis təsir etmişdi və mənə dedi ki,təki sən həmişə məni belə qucaqlamaq istə,mən sənin əllərin, sözün, nəfəsin belə olaram.Onunla tanışlığımız çox təsadüf olmuşdur.Biz ailəmlə birlikdə şəhərdən kənarda bir istirahət zonasında idik.Anam mənə bu rayonda çox gözəl çay olduğunu söylədi və məndə onnan məni ora aparmasını xahiş etdim.O da dostları ilə orda idi,,,çaydan su götürmək istədim amma yadıma düşmür ki,axı çayın daşları həmişə sürüşkən olur.mənim ayagim sürüşəndə o mənim əlimnən tutub dedi: xanım bilmirsiz ki,belə yerdə ancaq yıxılmaq olur?Anam dedi: oğlum o görmür zəhmət olmasa onu çayın bu tərəfinə keçirdin,O da mənə kömək etdi.sonra elə oldu ki,yemək salonunda görüwdük,o məni rəqsə dəvət etdi.Birinci elə bildim ki,mənimlə zarafat edir axi mən hec nə görmürdüm.Amma o yox,mənimlə doğrudan da rəqs etmək istəyirdi.mən də razılaşdım.sonra o mənə,sizdən üzr istəyirəm mən görmədiyinizi bilmirdim dedi.əgər mənə adınızı desəniz çox şad olaram dedi.Mən ona adımı dedim,sonra evə geldikdə o mənə zəng etdi biz telfonla danışdıq ve göruşəsi olduq.o mənə bilirsiz nə dedi?dedi ki,biz rəqs etdiyimiz andan mən fikirləşirəm görəsən elə bir an var ki,mən sizi düşünməyim?Mən sizi elə  o andan sevirəm dedi.xahiş edirəm heç deyil mənimlə dost qalasınız dedi.mən də hə dedim ancaq dostluğa yox,sevgiyə.Bəziləri musiqidə,bəziləri sakitlikdə mən isə onunla danıışanda elə bil ruhum sakitləşirdi..elə oldu ki,o əsgərliyə getdi.onsuz günlərim illərə bənzəyirdi.amma ona hiss etdirmirdim darıxmağımı çünki,pis olmağını istımirdim.Günləri sayırdım ki,tez gəlsin..elə o zamanlarda da xaricdən gələn həkimə gözlərimi göstərdik,gözlərimin görməsi çüün heç bir nəgəl olmadığını dedi.Ele oldu ki,mən onun gəlməyinə qədər gözlərimin əməliyyat olmasını istədim ve oldum..artıq gözlərim görür,hər yeri rəngli həyatı yeri,göyü.artıq səbrsizliklə onun gəlməyini gözləyirdim,amma gəlməyinə 1 -2 gün qalmış onnan xəbər ala bilmədim.Sonra anam mənə,sən xəstəxanada olanda onun şəhid olduğunu öyrəndik dedi.bunu eşidəndə təkcə həyatım deyil bütün qəlbim qara geyindi....Mən gözlərimin görməyinə belə sevinə bilmirdim,,,mən hələ də onun üçün çoooox darıxıram.Hətta arada gözlərimi bağlayıb onun sözlərini yadıma salıram.Mən hələ də istəyirəm ki,onu məndən alan həyati görməkdənsə,onun yanında qalıb kor olardım...çünki,neçə illər keçsə də mən bütün gözəllikləri görsəm də onun mənə dediyi səni sevirəm sözünə möhtac olacam..və başa düşdüm ki,insan bəzən kor həyata da möhtac ola bilərmiş!
                  
(səs: 10)
Şərhlər: 4
Baxılıb: 8 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri