Rahat yuxu üçün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 798
Səs ver:
(səs: 6)
Yuxu insanın ən əhəmiyyətli ehtiyaclarından biridir. Sağlam olmaq üçün təkcə yediyimiz yeməyin keyfiyyəti, işlərimizin normal qaydada getməsi, yüksək əhvali- ruhiyyə və s. kifayət etmir. Normal, şirin, dərin yuxu sağlam yaşamaq üçün önəmli rol oynayır.

Yatarkən sizi sıxmayan, narahat etməyən geyimləri seçin. Çoxlu çay içmək də yuxunun "qaçmasına” səbəb olur.

Yatmazdan əvvəl 15-20 dəqiqə təmiz havada gəzin, dərindən nəfəs alın, ağır məşqlər etməyin, detektiv filmlərə baxmayın. Şam edərkən yüngül yeməklərə üstünlük verin. Yatmamışdan ən azı 3 saat əvvəl süfrədən qalxmağa çalışın. Yataq otağını çox isti etməyin. Yatmazdan əvvəl ilıq duş qəbul edin. Otaq səssiz, təmiz və havalandırılmış olmalıdır.

Yatarkən qan dövranınızın normal, yatağınızın rahat olması vacibdir. Onurğanızı düz saxlayan, sərt və allergiyaya səbəb olmayan materialdan hazırlanmış yataqdan istifadə edin. Narahatlığınız yoxdursa, yastığınızın 11 santimetrdən hündür olmamasına diqqət yetirin. Bu şərtlərə əməl etsəniz, dərin və şirin yuxuya dala bilərsiniz.

(səs: 6)
Şərhlər: 3
Baxılıb: 6 798
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri