Pakistandakı azərbaycanlı fahişələr

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 619
Səs ver:
(səs: 1)

 

Madamın qızları, "baçalar" və Jasminin hekayəti

"Dində, şəriətdə qadağandır. Amma fahişəlik buralarda da yox deyil. Düzdür, açıq şəkildə küçədə, xiyabanda durmurlar. Əsasən tanışlıqla və yeri gizli saxlanılan evlərdə fahişələr var”.

Bunu deyib, gülür Şərif.

Düzü İslamabadda, Pakistanın mərkəzi şəhərində fahişələrə rast gəlmədik. Amma şəhərdən bir qədər kənar çıxan kimi yolun kənarında üstünə yeriyirlər. Çadraya bürünmüş bu qadınlar ilk baxışdan sənə dilənçi təəssüratı bağışlayacaq. Amma maşına yaxınlaşan kimi çadranı qaldırıb üzlərini açırlar…

Və alver başlayır.

Bir qədər əvvəl jurnalist həmkarımız Keyt Orne pakistanlı fahişələrlə bağlı araşdırma aparmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, hər bir pakistanlı fahişənin bir gün ərzində iki müştəridən qazandığı para təxminən bir məmurun aylıq maaşı qədərdir. Keyt yazırdı ki, fahişələrin yaş həddi, milliyyəti önəmli rol oynamır. Önəmli olan odur ki, onun mənzilində sənin təhlükəsizliyin tam təmin olunur, polisdən və qatı dindar kəsimin linçindən sığortalanmısan.

Keytin çəkdiyi şəkillərdən də bunu görmək mümkündür. Onlar öz müştərilərini o qədər də dəbdəbəli olmayan mənzillərdə qəbul edirlər. Bir müştəriyə edilən xidmətin qiyməti isə təxminən 10 min rupidir.  100 dollar civarında. 100 dollar isə Pakistanda az pul deyil.

Fahişə biznesi Karaçidə İslamabaddan çox daha böyükdür. Buradakı pritonlarda əsasən MDB ölkələrindən gələn fahişələr fəaliyyət göstərir. Aralarında xeyli azərbaycanlı da var.

Həmin bordellərdə qadın sutenyorlar sənə istədiyin millətdən, istədiyin yaşda fahişə tapa biləcək. Sutenyorları ehtiramla "madam” deyə çağırırlar. Məhz "madamlar” özləri həm polislə, həm də bu biznesə təhlükə yarada biləcək digərləri ilə məsələləri çözürlər.

Məlumatlara görə, təkcə Karaçidə hər birində 15-20 fahişənin çalışdığı, otuza qədər priton fəaliyyət göstərir.

Bir qədər zənginlər əsasən Rusiya və Ukraynadan olanlara üstünlük verirlər. Onların qiyməti 200-250 dollar arasındadır. Ən ucuz Çindən gələnlərdir. Burada "baçalar”a da rast gəlmək olar. "Baçalar” oğlan uşaqlarıdır.

"Uşaqbazlıqla məşğul olmaq istəyənlər üçün nəzərdə tutulub. "Baçalar” əsasən yerli sakinlərdir. Onlar əyalətlərdən, kasıb ailələrdən pulla alınır.

Bir maraqlı məqam: Burada fahişəliklə məşğul olan və hamının Jasmin deyə çağırdığı Azərbaycandan olan qadın barədə bir qədər əvvəl  hətta BBC və digər Qərb KİV-də məlumat yaymışdı.

O,  Karaçiyə 15 yaşı olanda gəlib, valideynlərindən qaçıb, çünki onu sevdiyi gənc oğlanla görüşməyə qoymurlarmış. Sevgilisilə birlikdə Bakıya köçəndən sonra uşağa qalıb. Sonra sevgilisi avtomobil qəzasında ölüb. 16 yaşında o - yalnız ana pulsuz-parasız qalıb və ailəsinin yanına qayıdarsa, öldürüləcəyindən qorxub.

O, Bakıda fahişəliyə başlayıb və biləndə ki, Karaçidə daha çox pul qazana bilər, ora köçüb.

Jasmin oğlunun görmək üçün ildə iki dəfə Azərbaycana gəlir...

Orada "Bakı”, "Qız Qalası” adında restoranların da fəaliyyət göstərdiyi deyilir. Azərbaycanlı fahişələrin əsas məkanı da elə bu obyektlərdir. Buranın "madam”ı da, fahişəsi də, qab yuyanı da, hətta ofisiantı da azərbaycanlıdır. Və geri, Azərbaycana çox nadir hallarda, iki ildən bir qayıdırlar.

O da "madam” icazə versə…


(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri