Qısqanc Kişi İlə Necə Başa Çıxmaq Olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 11 071
Səs ver:
(səs: 3)


Qısqanc kişi ilə necə başa çıxmaq olar?Ah bu qısqanc kişilər.Qısqanc sevgili ilə bərabərsiniz ya da qısqanc kişilər həmişə qarşınıza çıxır ya da qısqanc bir yoldaşınız var. Qısqanc kişiyə necə davranmaq lazımdır?!Qısqanc kişi və sevgilisi arasında keçən dialoqlar ümumiyyətlə bu şəkildə olar:

- Canım haradasan?
- Qızlarla gəzirik.
- Kişi səsi gəlir. Kim var yanında?
- Yanımızdan keçənlərin səsidir.
- Bu qədər yaxından necə gəlir? Sənə inanmıram ...
Ya da bir başqa nümunə:
- Həyatım, bu ətək bir az çox qısadı
- Ay canım,  diz üstü ətəkdı.Həm hər kəs geyinir.
- Məni hər kəs maraqlandırmır, sən maraqlandırırsan. Hər kəs sənə baxacaq.
- Mənə inamın yoxdur?
- Mən sənə deyil, insanlara inanmıram.Yerini bilməyən çox insan var.
- Əl çək bu qısqanclıqlardan artıq.Xaiş edirəm.
- Seven kişi qısqanar.
Budur kişinin ağızından tökülən bu son cümlə, bütün qısqanc kişilərin ardına sığındığı yeganə cümlə. Qadın nə vaxt çölə çıxsa, dəfələrlə zəngedərək, "hardasan?", "Nə vaxt gələcəksən?" Deyə soruşan, evə gəldiyində də mütləq dava çıxaran "sevən2 kişilərin sevgi nümayişi altında qısqanclıq halları. Yaxşı, Bəs nə etməli?
İnam Yaradın.
Qısqancların etiraf eə bilməsinə baxmayaraq ən böyük problem inamsızlıqdır.Sizə qarşı olan inamsızlıqlarından düşünürlərki,başqası çox asanlıqla sizin ürəyinizi ala bilər buna görə də başqasının sizə baxmasını belə istəməz.Bu vəziyyətdə etməniz lazım olan, geyim tərzinizdə, yoldaş əlaqələrinizdə güzəşt etməməyinizdir. Əks halda sizə istədiyini elətdirə biləcəyini fərq etdiyi anda, başqa istəklərini də arxa arxaya sıralamaqtan çəkinməyəcək. Onu sevdiyinizi, gözünüzün ondan başqasını görmədiyini, başqaları sizinləmaraqlansa belə bundan təsirlənməyəcəyinizi ayddın bir şəkil də izah edin. Qısqanclıq bir az da onun özünə inam problemindən qaynaqlandığına görə onun nə qədər yaraşıqlı olduğunu sizdən hər eçidəndə özünə güvəni bərpa olar.Qısqanclıq etməsinə fürsət vermədən, soruşmaq istəyəcəyi sualların cavablarını normal danışığınızın içində verərək, olduğunuz mühit, yanınızdakı insanlarla əlaqədar kiçik detallardan söz edərək, qorxulacaq bir şey olmadığı hissini yaşatmaq da güvən vermək üçün yaxşı bir yoldur.
Başqa Kişilərin Diqqəti.
Yolda gedirsiniz və başqa kişilər sizə baxdığı zaman sevgiliniz dəliyə dönür. Buna etiraz etdiyində, "Başqa qadınlar mənə baxsa sən nə edərsən?" Deyir. Bunun öhdəsindən gəlmənin ən gözəl yolu bu cümlələri qurmaq: "Mənə baxmaları məni gözəl görmələrindən irəli gəlir. Mən də qadınların sənə baxdığını görəndə, sənin yaraşığınla, qürur duyuram. "
Qadınlıq İnstinkti.
Sizi digər kişilərdən qısqandığında, dərhal müdafiəyə keçib dava çıxarmaq yerinə dayanıb belə bir düşünün. Bəlkə də həqiqətən qısqanmasına səbəb olacaq səmimiyətlə davrandınız özgə kişiyə. Bir az əsəblərinin sakiləşməyini gözləyin və yavaş yavaş, qadınlıq hisslərinizlə qarşınızdakı kişinin sizə göstərdiyi əlaqənin dərəcəsini ayırd edib izah edin ona. Tanışolduğunuz tanıdığınız heç bir kişiyə qarşı, ona hiss etdiyiniz hissləri hiss etmədiyinizi vurğulayın. Sizin gözünüzdə sevgilinizdən başqa bütün kişilərin qız yoldaşlarınızdan fərqsiz olduğunu söyləyin.
Kişi Dostlarınızla Tanışlıq.
Yalnız qız dostlarınızla görüşəcək deyilsiniz axı, sevdiyiniz var deyə! "İndi kişi dostlarınızla görüşdüyümü desəm sevgilim dava çıxarar" deyə düşünüb kimlərləsə dostluğunuzu pozmağa dəyməz. Siz yaxşısı, sevgilinizi kişi yoldaşlarınızla tanış edin. Birlikdə yaxşı vaxt keçirə biləcəyiniz şam yeməkləri təşkil çalışın. Yoldaşlarınızdan sizə zərər gəlməyəcəyinə inandığında, qısqanması üçün bir səbəb qalmayacaq  və siz o olmadığı zamanlarda da rahatlıqla kişi dostlarınızla görüşə bilərsiniz.
Onu Başa Düşmək.
Bəzən yüngül qısqanclıq əlamətləri xoşunuza gedə bilər. Sizi sevdiyini və bu səbəblə sahibləndiyini hiss edə bilərsiniz. Həm qısqanclığın təməlində itirmə qorxusu da var. Sizi itirməkdən qorxması da xoşlana biləcək bir şeydir. Bu vəziyyətdə altdan alaraq problem çıxmamasını təmin edməlisiniz. Amma qısqanclığın həddindən artığa qaçması, artıq əlaqənizi zədələyə biləcəyinizi ona açıq bir şəkil də izah edin "Belə davam etsən bu əlaqəni davam etdirə bilməyəcəyik" cümləsini qurmalısınız. Qısqanclıq, onun da mane olmaq istədiyi amma heç cürə bacara bilmədiyi bir hissdisə psixoluqa müraciət edin.
Tərcümə etdi:YASMİN
(səs: 3)
Şərhlər: 0
Baxılıb: 11 071
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri