Leyla / Alexandra Cavelius

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 538
Səs ver:
(səs: 1)

Alexandra Caveliusun qələmə aldığı bu kitabda bosniyalı Leylanın acı taleyindən bəhs edilir. Leylanın müharibə vaxtı çəkdiyi əzablar, gördüyü işgəncələr, gözü qarşısında gəlinlərə- qızlara "toplu təcavüz” edilməsi, bir siqaret qarşılığında əsirin digər hərbi hissəyə satılması, bütün bunlar kitabın bəhs etdiyi dəhşətli real faktlardır.

Düzü, mən bu kitabı oxuyarkən Leyladan çox müharibə vaxtı Azərbaycanın əsir düşmüş, müxtəlif işgəncələr görmüş gəlin- qızları haqqında düşünürdüm. Leylanın timsalında gözümün qabağına onlar gəlirdi.Tarix kitablarından oxduduğumuz erməni vəhşilikləri...Anaların gözləri qabağında uşaqlarını, həyat yoldaşlarını diri-diri öldürmələri, dərilərini soymaqları, müxtəlif orqanlarını kəsmələri, hamilə qadınların qarnına nizə keçirmələri, onlara verdikləri daha bir çox işgəncə gözümün qabağından getmirdi…
Bir sual məni çox düşündürdü. Biz də müharibə şəraitində yaşayan bir ölkəyik və bundan daha çox işgəncələr,əzablar görmüşük. Bəs niyə biri çıxıb da bunlar haqqında belə bir roman yazmır? Məncə, Xocalı soyqırımında baş verənləri, orda anaların, qızların yaşadığı həyəcanı, qorxuyu,qələmə alan bir kitab ermənilərin etdiyi bu soyqırımı dünyaya daha yaxşı tanıda bilər.

Bəlkə elə son günlərdə "Daşyuxular” kitabı ilə gündəmə gələn Əkrəm Əylisli bu mövzuda kitab yazsaydı, daha yaxşı olardı. Erməni vəhşiliklərin kənara qoyub onları müdafiə etməkdən, "vətən xaini” adı qazanıb, vətənindən didərgin düşməkdən, ailəsin utandırmaqdansa, "Leyla” kimi bir romanla bütün xalqın sevgisin qazanıb, fəxri ola bilərdi.

Avropada bu tip kitablara maraq doğrudan da çoxdur. İnsanlara ildə1 dəfə metroda, şəhərdə gördüyü Xocalıya aid hər hansı bir şəkil yox, məhz o vaxt yaşanmış hissləri ifadə edən kitab daha çox təsir edə, yaddaşlara həkk oluna bilər.

"Leyla”kitabına  gələndəsə maraqlı və axıcı idi. Lakin bu qədər oxunaqlı olmasına baxmayaraq, yenə də mənim ürəyimə yatmadı. Çünki yazıçı hadisələri, o hissləri yetəri qədər gözəl ifadə edə bilməmişdi, ötəri tez-tələs yazılan bir romana bənzəyirdi.

 

Düzü, Pegasus Yayınlarının bu kitab üçün seçdiyi üz qapaq şəklini də heç bəyənmədim. Digər ölkələrdə çap olunan kitabların üstündə məsum, əzab çəkən bir Leyla həkk olunsa da, Pegasus Yayınları Leylanı üzü bol makiyajlı, taxma kirpikli biri kimi təsvir edir.

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 538
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri