Gözəlləşdirir, yoxsa öldürür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 618
Səs ver:
(səs: 0)
Botulinumun 75 mikroqramı bir insanı öldürmək üçün kifayətdir

İnsan gündəlik əhvalını üz mimikaları ilə daha yaxşı bildirir. Gülmək, əsəbiləşmək, üzgün görünmək üçün üzdəki mimik əzələlərin rolu böyükdür. İllər ötdükcə bu mimik əzələlər üzdə mimik qırışlar meydana gətirir. Belə qırışlar isə insanlarda, xüsusən xanımlarda narahatlığa səbəb olur və "gözəllik qurban tələb edir" prinsipinə əsaslanaraq müxtəlif prosedurlara əl atılır. Belə prosedurlar isə hər zaman xoş nəticələr yaratmır.
Alın və göz kənarındakı qırışlar insanı daha yaşlı göstərdiyi üçün xüsusən bu qırışlardan şikayətlənən insanlar kifayət qədərdir. Qırışların yaranma səbəbləri isə insanın üz dərisindən, əzələlərin quruluşundan, yaşdan və bu kimi bir çox amillərdən asılıdır. Çarə isə əksər insanlar üçün eynidir: Botoks.
Həkim kosmetoloq Narınc Feyzullayevanın sözlərinə görə, bu gün botoksdan istifadə edən insanlar kifayət qədərdir. Botoks tək qırışların deyil, eləcə də həddindən artıq tərləmənin qarşısını almaq üçün istifadə olunur: "Mimik qırışlardan qurtulmaq xanımlar üçün ən böyük arzudur. Lakin hər insan botoksa ürək etmir. Təbii massajla da qırışlardan qurtulmaq mümkündür, amma bu, uzunmüddətli prosedurdur. Ona görə, botoks hazırda ən çox tələb olunan bir üsuldur. Botoks göz ətrafındakı qaz ayağı qırışlarında, alındakı düz xətlərdə, boyundakı cizgilərdə, gülən zaman ağız ətrafında yaranan qırışlarda istifadə olunur".
Tibbdə botulizm adlı bir xəstəlik var. Bu xəstəlik üz əzələlərinin iflicidir. Bu xəstəlik nadir yayılan bir xəstəlik olsa da realdır. Bədənə yayılan infeksiya zamanla nəfəs yollarını iflic edir və nəticədə xəstə ölümə qədər gedib çıxır. Həkim-kosmetoloq bildirir ki, özəl şirkətlər botulizmə səbəb olan toksinləri Botoks markası altında satırlar. Kosmetologiyada da məhz bu məhlullardan istifadə edilir: "Botulinum maddəsi həmin maddədir ki, sinirlərə təsir edir və onların hissiyyatını itirir. Sinir hissiyyatının azaldılması, yaxud tamamilə yox edilməsi də sinir vasitəsi ilə hərəkət edən sahələrin iflicinə gətirib çıxarır. Botoks mimiki əzələlərə tətbiq olunduqda əzələlərin hərəkəti zəifləyir. Zəifləyən əzələlər artıq dərinin qatlanmasına şərait yaratmır və qırışlar da zamanla azalır. Bu məddə az dozada dəriyə yeridilir və kiçik iflic olan sahədə hamarlaşmalar müşahidə olunur".

Botoksdan əl çəkməyən xanımlarda isə ağız ətrafında hissiyyatsızlıq yaranır ki, bu da ağız suyunun axması zamanı hiss etməmək, eləcə də heç də xoş olmayan robot görünümü verir. Botoksdan həddindən artıq tərləyən insanlar üçün də müalicə kimi istifadə olunur. Üz qırışları qədər olmasa da bu problemə görə də müraciət edənlər kifayət qədərdir. Botoks tər vəzilərinə yeridildikdə, tər vəzisi ilə sinir ucları arasında əlaqə iflic olur. Bu da tər vəzilərinin normadan artıq işləməsinin qarşısını alır. Ən çox ovucların içinə tətbiq olunur.
N.Feyzullayevanın dediyinə görə, botoks xüsusi iynələrlə tətbiq olunur və bu sahədə bacarığı, biliyi olmayan naşı insanın etməsi xoşa gəlməyən halların ortaya çıxmasına səbəb olar. Məhlul da üzdə xüsusi hissələrə düzgün yeridilməlidir: "Mimik əzələlərin hərəkətlərində azalma olması istənilirsə, o zaman məhlul əzələlərin arasına yeridilir. Nəticə 4-7 gün arasında özünü göstərəcək. Qalıcılıq müddəti isə 6-7 aya yaxındır. Effektini itirməyə başladıqda isə həmin sahəyə botoks yenidən tətbiq oluna bilər. Botoks bu sahədə təcrübəsi olmayan insan tərəfindən tətbiq olunduqda həm nəticəsi olmaya bilər, həm də qısa müddətli göz qapaqlarının sallanması müşahidə oluna bilər. Tətbiq olunduğu zaman kiçik ağrılar olur, sonradan isə həmin sahədə şişmə, qızarma, göyərmə ola bilər. Bu isə keçicidir. Ən pis halda isə udma, danışma, nəfəs almada problemlər, bədəndə və gözlərdə zəiflik və allergik problemlər ortaya çıxır".
İngiltərəli həkimlər isə bu gün gözəl göstərən botoks tətbiqinin 10 il sonra real təhlükə olduğunu bildirir. 10 il sonra botoksun fəsadları infeksiya və ağrılar kimi ortaya çıxır. Həkimlər 2000-ci ilin əvvəllərində botoksdan istifadə edən insanların indi fəsadlarla üzləşdiyini və 2020-ci ildə belə insanların sayının dəfələrlə artacağını bildirirlər.
Kosmetoloq botoksun nə vaxtsa fəsad verəcəyinin də bir ehtimal olduğunu bildirir və qeyd edir ki, üzə yeridilən bütün maddələr, silikonlar nə vaxtsa fəsad vermə ehtimalına malikdir: "Qeyd etdiyim kimi, botulinum ən zəhərli və öldürücü maddələrdən biridir. Nəzərə alsaq ki, zaman keçdikcə botoksa tələb artır, onda illər sonra keyfiyyətsiz və saxta botoks maddəsinin də olması qaçılmazdır. Belə maddələrin fəsadlarının isə olacağı istisna edilmir".
Elə hallar var ki, əzələlər qeyri-ixtiyari hərəkət edir. Göz qapağının səyriməsi, hıçqırıq, tik xəstələri və s. Bu toksinlər məhz belə halların qarşısını almaq üçün istifadəsi nəzərdə tutulub, təxmini 25 il əvvəl laborotoriya şəraitində hazırlanıb və istifadə dozası müəyyənləşdirilib. Müalicə məqsədi ilə istifadə olunan bu toksin işə yarayıb. Zamanla göz ətrafının hamarlaşması müşahidə olunub və bundan sonra bütün dünyaya yayılmağa başlayıb. Amma yenə də öz təhlükəsini qoruyaraq.
Botulinumun 75 mikroqramı bir insanı öldürmək üçün kifayətdir. Zəhərin 1 kilosu isə dünyadakı insanların hamısını öldürəcək qədər güclüdür.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri