Münasibətlərinizin Düşməni nədir?

Müəllif: Miss_Oxatan
Şərhlər: 0
Baxılıb: 2 129
Səs ver:
(səs: 1)
Araşdırmalara əsasən məlum olmuşdur ki,əlaqələrin düşməni aşağıdakı 4  davranışdır.Və bu 4 davranış  bitmiş  əlaqələrin 90% səbəb olur.
Təhqir Etmə.
Ən böyük neqativ duyğu təhqir olunmadır.Əgər bir əlaqədə təhqir varsa o münasibətin qurtuluşu mümkünsüzdür demək olar.
Təhqir etmə daha çox insanın özünə ziyan verər.Nəticə də verilən mesaj budur:"Sən sadəcə münasibətimizdə pis deyilsən,sən tək başına da pis insansan."Hətta belə cütlüklər ayrılandan sonra da illərlə özünə inamsız olurlar.
Səhv Axtarmaq.
Həmişə onda səhv axtarmaq və ittiham etmək də münasibət düşmənlərindəndir.Bu bezdirici bir davranış tərzidir.Nəticədə insan özündə bir problem olduğunu zənn edib o əlaqdən canını qutarmağa çalışır.
Özünü Müdafiə.
Ayrılığı çağıran digər davranış da hər zaman qarşındakini dinləmədən özünü  müdafiə etməkdir. Hər davranış üçün başqa bir bəhanə tapmaq,hər zaman öz davranışlarını rasiyonlaşdırmaq,qarşı tərəf  fikrini söyləyərkən "Sən bunu daha çox edirsən" deyərək oxu ona çevirmək,qarşı tərəfi dinləmədən öz fikrini söyləmək,olduqca ziyan verən davranışlardır.
Susma.
"Qarşı tərəfə sən dəyərsizsən" mesaji verən bu davranış ilk baxışdan heç ele görünməsə də əslində ayrılığın ən təhlükəli siqnalıdır.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri