Heç Bezdinmi Həyatdan?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1031
Paylaş:
Səs ver:
(səs: 5)
Heç bezdinmi həyatdan?
Hər kəsdən, hər şeydən uzaqlara qaçmaq istədiyin anlar oldumu?
Yoruldunmu heç?|
Üzərindəki məsuliyyətdən, dərslərdən, işdən, yalan gülüşlərdən, bir-birinin ardınca gələn problemlərdən?
Heç tənha hiss etdinmi özünü? Dostlarının əhatəsində olarkən belə... Onların danışıqları, söhbətləri maraqsız və mənasız gəldimi sənə?
Bir səhifəni saatlarca oxumağa çalışdığın oldumu bəs? Gözün kitabda ikən düşüncələrin səni uzaqlara apardımı?
Sonra bu düşüncələrdən də qaçıb, heç kim və heç nə barədə düşünməmək istədinmi?
Həzin bir musiqini dinlərkən hönkürtü ilə ağladınmı heç?
Bir mahnının və ya şeir parçasının sözlərində özünü tapdığın oldumu?
Gecələr balıncını göz yaşlarınla islatdınmı?
Yalan gülüşün nə qədər çətin olduğunu bildinmi heç?
Içindəki acını gizlədərək ətrafdakıların, hətta dostlarının belə "necəsən?” sualına "yaxşı, hər şey əladır” deyib yalandan güldünmü?
Güclü olmaqdan, güclü görünməkdən yoruldunmu heç?
Içindəki acını hər kəslə paylaşıb, gözyaşlarını gizlətmədən axıtmaq, əslində nələr yaşadığını, nə qədər qırıqqəlbli biri olduğunu söyləmək istədiyin anlar oldumu bəs?
"Olmaz, bu da keçib gedər” deyib daha bir yalanla aldatdınmı özünü? Bir gün bu yalanına da inanmadığında həyatdan bezdinmi?
İçində keçib getmək bilməyən o acı ilə bitib tükəndinmi heç?
Yeganə çıxış yolu ölümdür dediyin necə, oldumu? "Yox, bu böyük bir günahdır” deyib, " həyat gözəldir” deyə yaşamağa davam etdinmi
Amma... Bir gün həyatın heç bir gözəlliyini duymadığını, hər şeyə həvəsinin öldüyünü, sənin üçün hər şeyin maraqsız və mənasız olduğunun fərqinə vardınmı?
Üzərində yorğunluq hiss etdinmi? Günah olduğunu belə unudub yenidən intiharı düşündünmü? Buna cəhd etdinmi?
Siz bunları yaşadınızmı? Mən bunları hərgün yaşayıram...

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 1031
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv