"Dəlixana"[Roman]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 033
Səs ver:
(səs: 3)

-Bura cənnətdi yoxsa cəhənnəm?İnandığım və sevdiyim tək olan allahım məni bu cəhənnəmə-çirkin,heç bir dünya ilə əlaqəsi olmayan yerə layiq görmüşsə yəqin bura mənim cənnətimdi!

O bu sözləri demək olar ki,hər axşam-yerinə girəndən sonra istər -istəməz yüksək səslə deyərdi.Bəlkə də bu sözlər onun yaşamağa həvəsini artırırdı.Bununlabərabər ondan iki çarpayı aralıda olan qonşusunun "o deyəsən dəli olub" sözləri və bu sözlərdən yaranan gülüş onun həm yaşamağa olan ümidini artırır,həm də ona böyük zərbə vururdu.

- Necə də qəribə sözdür "O dəli olub".Görəsən bu çirkin yerin dəlixana olduğunu anlamırlar yoxsa anlamaq istəmirlər?Amma bu söz necə də yerinə düşür.Gəncliyimdə oxuduğum klassik rus yazarları,hər sözündə bir məna olan yerli şairlərimizin yazdıqları heç bu söz qədər mənə təsir etməzdi.Dəlixananın adı qədər ,onun insanlarının heç kimə məlum olmayan dünyaları ,lampasız otaqları həm sirli həm də qorxuducu idi.Mən az qala bura necə düşdüyümü unudurdum.Yox,yox əsla... Mən unudmurdum:nifrətim unudurdu.Artıq yatmaq lazımdır.Gecən xeyrə qalsın!Sənində!

-Bu səhər yenə də məni öz əlini dodaqlarına sürtərək iyrənc "dbu-dbu"səsləri çıxardan Mübariz oyatdı.Onun bu axmaqlığına məəttəl qoymadan,ona "dəli" dedim və istər-istəməz güldüm.Bu gün əhvalım yaxşı idi.Necə deyərlər səhəri necə açdınsa gün də elə qurtarar.

Biz əl-üzümüzü yumaqdan ötrü növbəmizin çatmasını gözləyirdi.Mənə qəribə gələn o idi ki,biz heç vaxt tələsmir və bir-birimizin növbəsini pozmurduq,dəli olsaq belə.Amma mən "ağıllı"-tələbə olanda həmişə yataqxananın uşaqları ilə bunun üstündə dava edər.Hətta yaxşı ilişdirdiklərim də olurdu.

Bizə yeməyi adətən 11:00 da verirdilər.Biz 9;00 dan hazır olsaq da,direktorumuz həmişə "dəli gərək 8-9 saat yemək yeməsin ki,bəlkə adam olub buradan çıxıb gedər.Dəlimizin də biri azalar".Amma bəzən daşürəkli direktorumuzun ürəyini bütövlükdə örtən buz parçası sanki əriyər bizə mərhəmət hissi ilə yanaşardı.(buna daha çox bizim bədbəxt olduğumuzu düşünmək sövq edirdi).

Buranın işçiləri sanki seçmə quldur dəstələri idi.Dəlixanaya gətirilən hər bir yeməyin,paltarın bir dənəsi belə sahibinə-ağlı yerində olmayan biz dəlilərə çatmırdı.xidmətçilər aralarında "dəlixananın sahibinin özünün bir mağazası var və o bu şey-şüyləri orada satör"sözlərini eşitməmək mümkün deyildi.Qapıda da dayanan göy rəngli mersedesdən bu məlum idi.O maşını demək olar ki hər zaman mənə yuduzdurardı və mən tapşırığımı yaxşı yerinə yetirərdim.O mənə "sən dəlilərin ən ağıllısı "deyərdi.Mən də bu sözdən məmnun olmuş insan kimi gözlərimlə və hərəkətlərimlə ona minnətdarlığımı bildirərdim.(Dəli də minətdarlıq bildirər?)"

"dəlilərin ən ağıllısı","ən öndə gedəni"-O bu sözləri mundar ağzını açıb gülə-gülə deyərdi.Burada eşitdiyim təhqirlərin ən böyüyü bəlkə də bu sözlər- hansı ki məni tərifləmək üçün deyilmişdi ona nifrət edirəm.


Ardı Var..


(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri