"Dəlixana"[Roman]2-ci hissə.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 059
Səs ver:
(səs: 2)
Cır-cındır paltarda olan ,qoca bir qarının "yemək hazırdır" deyib əlindəki zınqırovu bərk-bərk o tərəfə-bu tərəfə yırğalaması bizi bərk təəssüfləndirdi. "Onlar dəli olsa belə insandırlar. Biz onlara hər cür qayğı göstərməliyik"adlı boş-boş sözlər olduğu burada -tualetə oxşayan yeməkxanada öz təsdiqini tapırdı.Yeməklər insanı özündən uzaqlaşdırmaqla yanaşı, həm də maqnit kimi özünə çəkirdi. Bu mənşəyi məlum olmayan ərzaqlardan hazırlanmış ( Bəzən,yeməyinin içindən daş,qum və bəzi şeylər çıxırdı ) yeməkləri yeməsən 17-18 saat ac qalarsan,ya da yeyib 1 sutka yatmıyıb nə yediyini düşünəsən. Amma artıq hər kəs öyrəşmişdi. Amma mən... Mən dözə bilmirdim:bu .şəraitə,mühitə, ətrafımda fırlanan xəstə ,adını bilməyən insanlara. Mən heç vaxt onlara pis gözlə baxmırdım:bəlkə mən onlardan da pis gündə idim. Heç olmasa onların ayda bir dəfə gələni vardı. Amma mənim... bu 8 ildə heç bir yaxınım gəlməmişdi. ( 1-2 nəfər əvəllər gəlmişdi,amma artıq onlar gəlmirdi.) -Nur bu nə yeməyidi? -Bilmirəm. Deyəsən toyuqlu nəsədi! Asif bir anlıq yeməkdən gözünü çəkmədən mənə baxıb: -Bəs bu yeməkdə toyuq hardadı? Bəlkə uçub gedib?!Uçdu getdi quşlar, birdə gəlməyəcək ,geri dönün yeyim sizləri,nooolar. Nur toyuqda quşdu elə? Mən onun bu axmaq (amma hələ də toyuqun quş olmadığını bilmiyənlər var) sualına cavab vermək istəmirdim,amma bu dəlinin yanında özümü ağıllı göstərmək həvəsi mənə suala cavab verməyə təkid etdi: -Hə!Asif özdə bəlkədə dünyada ən çox quşlar elə bu toyuqlardı.Özdə yediyin toyuq supudu.Asif artıq mənə fikir vermirdi:o qaşığı əlinə alıb yeməyini həvəslə yeyirdi. -Yemək vaxtı qurtardı.Gedib nə işiniz varsa görün sonra da yatmağa.Tez olun ..tez.Zınqırovlu xala (biz ona məhz bu adı qoymuşduq) əlindəki zınqırovu tərpədə-tərpədə bu sözləri dayanmadan deyirdi.Artı yarım saatdan sonra biz hamımız öz yerimizdəydik. Mən gecənin düşməsini-zülmətin gündüü təqib edə-edə qaranlıq gətirməsini heç xoşlamırdım.Gecələr mən çox həddindən çox fikirləşirəm.Görəsən niyə belədi?! Gənc yaşımda da tanıdığım bütün insanlar yalnız gecə qəribə fikirlərin beyinlərində tüğyan etdiklərindən danışırdılar.Bəlkə də bütün kəşflər gecə tapılıb!ola bilər... Elə məhz belə olmuşdur.Gecə,axşam məncə bu sözlərə sinonom olaraq biz yuxunu da əlavə etməliyik.Yuxunu da yatarkən -dünya ilə olan əlaqəmizi kəsərkən görürük,eşidirik,ondan həzz alırıq.Hətta bəzi adamlar yuxu görməməkdən ötrü allaha yalvarırlar.Amma yalandan...Onlar bizlərdən daha çox yuxunu sevirlər.Bəs görəsən niyə belə edirlər?! Yenə də yeni fikirlər beynimdə fırtına kimi əsirdi.Amma bir fırtına vardı ki,yalnız beynimi yox,həm də bədənimi ,ruhumu(mən hələ də ruhun olduğuna inanmıram.Amma biz öz hisslərimizdən danışarkən"ruh"kəlməsini işlətməmiş keçmirik)titrədirdi.Bu mənim "keçmişim"-dir.Keçmiş -8 il,10il,100 il bundan qabaqki həyatım,gözəl unudulmaz xatirələr və milyonlarca əhvalat.. -Düşünmə!Düşünmə" Yat! Noolar yat! Mən demək olar ki bu sözləri yatarkən özümə həmişə deyirdim.Amma sanki bu sözlərə cavab olaraq məndə olan başqa bir "mən"-"yatma.fikirləş,fikirləş"deyirdi.Həmişə də o tanımadığım mən mənə qalib gəlirdi:yenə də fikirləşməyə davam edirdim,nə zamanki,özümdən asılı olmayaraq-yatana qədər və səhər açılırdı....  

Son
 
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri