Subaylar evli adamlardan nələri ilə fərqlənir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 389
Səs ver:
(səs: 3)
İnsanlar, sizin tək və kədərli olduğunuzu düşünə bilər. Lakin bu qətiyyən belə deyil. Həyatınızın sevgisi isə rastlaşmamış olmağınız, həmişə tək qalacağınız demək deyil. Siz sadəcə, subaylığın dadını çıxarın və üstünlüklərinizdən istifadə edin.
                 
Ailə və dostlarınıza vaxt ayırın
Subay olduğunuz zaman kimdənsə icazə almaq və planlarınızı ona görə müəyyən etməyə gərək qalmayacaq. Ailəniz və dostlarınızla istədiyiniz qədər vaxt keçirə bilərsiniz.

Flirt sərbəst
Subaylığın ən əyləncəli tərəfi istədiyiniz adamla flirt edə biləcəyinizdir. Dostlarınızla daha çox vaxt keçirə bilmək üçün yeni insanlarla tanış olub yetərincə əylənə bilərsiniz. Həm də yaraşıqlı bir kişi sizə yaxınlaşdığı zaman ondan qaçmaq lazım olmayacaq. Başqaları tərəfindən bəyənilməyin zövqünü çıxarın.

Pis vərdişlər və xarakter
Sevgiliniz olduğu zaman onu sevsəniz də, səbr etməli və əsəb pozucu xarakterə dözməlisiniz. Hər 3 dəqiqədən bir gələn mesajlar və harada olduğunuzun hesabını vermək kimi cansıxıcı bir işdən xilas olacaqsınız.

Xəyalllarınızı yerinə yetirin
Subay olmaq sizin məqsəd və xəyallarınıza çatmağa kömək edəcək. Çünki bütün vaxtınızı ona sərf edəcəksiniz. Böyük arzu və məqsədiniz varsa, ona çatmaq üçün yaxşı çalışın.

Qruplarda və əyləncələrdə çoxlu vaxt keçirin
Subay olmağın digər bir avantajı isə uzun müddət istəyib lakin edə bilmədiyiniz işlərlə məşğul olmaqdır. Məsələn, hər hansı idman növü ilə məşğul ola bilərsiniz. Əyləncələrə daha çox vaxt ayırın.

Özünüzü tanımaq üçün vaxtınız olar
Subay olmağın digər bir üstünlüyü isə özünüzü tanımaq və hansı istiqamətdə inkişaf etdirmək gərəkdiyinə qərar verə bilmək üçün vaxtınız olmalıdır. Kimi həqiqətən sevdiyinizi, kimlərlə görüşmək istəmədyinizi və bu müddətdə qərar verə bilərsiniz.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 4 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri