Gecikdim (1-ci Hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 953
Səs ver:
(səs: 1)

 Bazar günü. Düşünmüşdü bu gün çox yatar. Necə də olsa üzərində 1 həftənin dərs, yeni evə köçmə yorğunluğu daşıyırdı. Amma küçədən gələn qışqırıq, gülüş səsləri deyəsən bu həvəsini yoxa çıxardı. Ha çalışdı daha gözünə yuxu getmədi. Acıqlı-acıqlı durub pəncərədən çölə baxdı. Yeni məhlənin tanımadığı uşaqları futbol oynayırdılar. Bir xeyli acıqla onlara baxdıqdan sonra deyinə-deyinə pəncərədən aralandı. Radionun səsini qaldırdı. Xilaskar adı verdiyi radio tam 1 ildi ona qulaq yoldaşı idi. Radio gecə-gündüz işləyirdi. Söndürmürdü.. Radionun səsi kəsiləndə ürəyinə təklik xofu düşürdü. Qərara gəlmişdi, artıq tək qalmaq istəmirdi. Mütləq valideynləri ilə danışacaq, otaq yoldaşı axtarmağa başlayacaqdı. Tək yaşadığı 1 il ona bəs eləmişdi. 1 ildə yüzlərlə kitab oxumuş, öz-özünə danışmağı öyrənmiş, tək yemək yediyi üçün yemək bişirməyə həvəsi olmamış 1000-lərlə yumurta yemişdi =)) Ən əsasıda dərsdən sonrakı saatlar adətən işgəncə idi. Düzdür, anası hər ayda 2-3 dəfə yanına gəlir,1-2 gün qalıb rayona qayıdırdı. Bu da heç cür təkliyini aradan götürə bilmirdi. Bu arada telefon səsləndi. Anası idi:

- Salam qızım, necəsən?
- Salam ana, yaxşıyam.

- Təzə evdə necə keçdi birinci günün?

- Belədə, ana mən tək qalmaq istəmirəm, maraqlan gör kim ev axtarır tələbələr üçün?

- Qızım əminsən, tanımadığın, bilmədiyin insanlarla yaşaya biləcəksən? 
- Hə ana, maraqlan. Artıq ürəyim partlayır tək yaşamaq istəmirəm.

- Yaxşı qızım, mən bu gün maraqlanaram. 
Telefon danışığı bitdi. Ürəyinə bir yüngüllük hiss elədi. Anasının bu işi həll edəcəyindən əmin idi. Qaldığı yer bir mərtəbəli evlərdən ibarət ümumi həyətdə idi. Bir mərtəbəli olan bu ev çox rahat idi. Təmiri köhnə olsada tələbə üçün hər bir şəraiti, hətta iri güzgülü hamamxanası vardı. Küçəyə geniş bir pəncərəsi vardı. Evi tutarkən onu ən çox bu pəncərə sevindirmişdi. Otağı yaxşı işıqlandırmaqla yanaşı, darıxdığı zaman küçəyə baxa biləcəkdi. Əvvəl qaldığı evdə yaxşı idi. Özünə qalsa ordan köçməzdi. Amma ev sahibinin evi satması, məcburi yeni ev axtarmalarına səbəb olmuşdu. Çox axtardıqdan sonra köhnə qaldığı evə yaxın küçədə bu evi tapmışdılar. Hələki hər şey yaxşı idi. Bircə bu tək yaşamaq problemini həll etsəydi, lap əla olacaqdı hər şey. - "Aynur, Aynur” çöl qapısını döyürdülər. Aynur ev sahibəsi Validə xalanın səsini eşidib qapını açdı. Validə xala Aynur tək qaldığı üçün xəbər tutmağa gəlmişdi. Bir xeyli söhbətdən sonra ev sahibəsi nəsihət verməyinidə unutmadı:
– Qızım, biz səni tanımadan evimizi sənə əmanət edirik, agıllı, mərifətli yaşa, səndə bizim bir qızımız. Əvvəlki kirayəşinlərdən sonra and içmişdim evi qıza verməyəcəkdim, amma sizə nədənsə inandım (Əvvəlki kirayəşin olan qız gecə evə sevgilisi salmış, ev sahibi bunları tutmuşdu, qalmaqaldan sonra həmin qızı qovmuşdular). Mən demirəm, istədiyin, danışdığın olmasın. Amma hər şey həddində, cavan qızsan əlbəttə sevdiyin olacaq, amma sadəcə sevdiyin. Başqa bir hərəkət olmasın. Validə xalanın nəsihətləri onsuzda ona aid deyildi.. Aynur belə şeylərdən uzaq idi.Tək istəyi oxumaq, təhsil alıb valideynlərinin əməyini qiymətləndirmək idi. Düzdür xoşuna gələn biri vardı, amma bu heçdə o demək deyildiki həmin oğlanla sevgili olacaq, gəzəcək dolaşacaq və ya adına söz gətirəcək bir şey edəcəkdi. Bu sadəcə səssiz-səmirsiz, qarşılıqsız xoşlanma idi. Sadəcə ürəyində onu bəyənir, xoşu gəlirdi. Amma bu sadəcə ürəkdə idi və elədə qalacaqdı. Bunu kiməsə demək, açığa çıxarmağı ağlına belə gətirmirdi. Buna baxmayaraq, ev sahibini arxayın etdi. Aynur 18yaşında rayondan Bakıya oxumaq üçün gələn tələbə idi. Yaxşı universitetlərin birində istədiyi fakültədə təhsil alırdı. Artıq 2-ci kursda idi. Ev sahibi gedəndən sonra acdığını hiss etdi. Evdə çörək yox idi. Marketə getməli idi. Həyətə, ordanda küçəyə çıxdı.

P.S: Ardı var.

Müəllif: Aynur(M.R)

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri