Gecikdim ( 10 )

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 948
Səs ver:
(səs: 0)

 Papaqdakı yumurtaların bişmiş olduğunu düşünən uşaqlar onları döyüşdürərkən yumurtalar sınmış əllərini, üst-başlarını bulamışdılar. 

Bir azdan qapıya yenə papaq atılır. Bu dəfə Aynur Kənanın papağını tanıyır. Onun papağının içinə rəngli kağıza bükülmüş çiy kartoşka qoyurlar. Sonra gizlicə pəncərədən baxırlar. Həvəslə kağız bağlısını açan Kənan orda kartoşkanı görüb pərt olur. 
Aynur bir fikir irəli sürür: Qızlar gəlin bizdə papaq ataq. Bəlkə özümüzə bayram süfrəsi təşkil edə bilərik.
Geyinib evdən çıxırlar. Öz küçələrinə yox, qonşu küçələrdən birinə papaq atmağa gedirlər. 
2 saatdan sonra tələbə süfrəsi müxtəlif konfetlər, bayram şirniyyatları ilə dolu idi. 
Bu gün unudulmaz günlərdən biri kimi qızların yaddaşlarına yazılır. 
Beləcə günlər keçir yay gəlirdi. Artıq Aynur 3-cü kursu bitirmək üzrə idi. Keçən zaman ərzində Aynurun həyatından önəmli dəyişikliklər olmamışdı. İmtahanlarını yaxşı verirdi. Belə getsə qırmızı diploma namizəd idi. Emini demək olar ki, 1 ildi görmürdü, onu tam unutmasada əvvəlki kimi adı çəkiləndə qəlbini incitmirdi. 
Samirə də nişanlanmışdı. O da ailə quracağı üçün gələn ildən bu evdə qalmayacaqdı. Nigarda öz qrup yoldaşları ilə qalacaqdı. Aynur yenidən otaq yoldaşı tapmalı idi. Artıq əvvəlki kimi həyəcanlanmırdı. Kim olursa olsun, təki evdə qalmağa adam olsun. Sanki hər şeydən bezirdi həyatdan. Günlərin bir-birinin eyni olması onu bezdirirdi.
Yenə axşamlar həzin mahnılı telefon zəngləri davam edirdi. Mahnılar ancaq eşqdən, sevgidən bəhs edirdi.
Kənan da küçədə futbol oynamağına davam edirdi. Aynur keçəndə hərdən başını qaldırıb baxır tezdə aşağı salırdı. 
Həyətdə də dəyişikliklər olmuşdu. Sudabə nənə bir səhər həyətdə ölü tapılmışdı. Sağlığında onu yada salmayan oğlu, nəvələri 40 gün əməlli-başlı yas eləmiş, ehsan vermişdilər.
Psixi tutması olan gəlin 3-cü uşağını dünyaya gətirmişdi.
İlahə isə universitetdən xaric edilmişdi. Buna baxmayaraq rayonlarına qayıtmamış şəhərdə işləyirdi. Yeni bir sevgilisi vardı. Deyəsən oğlan ciddi insana oxşayırdı. İlahə hələki həyatından məmnun idi. 
Beləcə qızlar yay tətilinə yollandılar.
Yayda həmişə olduğu kimi tez keçdi. Aynur yay aylarını demək olar ki, ancaq evdə kitab oxumaqla keçirdi. 
Nəhayət 4-cü kurs. Artıq tələbə adını itirməyinə 9 ay qalmışdı.
Yeni otaq yoldaşları vardı. Ləman və Fəridə. Ləman 2-ci kurs, Fəridə isə 1-ci kursda idi. Validə xala həmişə olduğu kimi yeni qızları görüb yenə nəsihət verməyə gəldi:
- Qızlar, sizə heçnə demirəm, sadəcə Aynur kimi olun. 3-cü ildir burda yaşayır nə mən, nə də həyətdəki bir qonşu ondan gül qədər inciməmişik. Mehriban yaşayın, ağıllı, mərifətli olun.
Validə xala getdikdən sonra qızlar səliqə sahmanla məşğul olmağa başladılar. Ləman diribaş qız idi. Balaca boylu, totuq, şən, zarafatcıl idi. Fəridə isə qara dinməz idi. Ləman çantalarını açan kimi birinci Tarkanın şəkillərini çıxardı. Qatı Tarkan fanatı idi. Demək olar ki, yatağının bütün ətrafına Tarkanın rəsimlərini yapışdırdı. 
Beləcə yeni bir həyat başladı. Qızlar bəzən küsüşür, inciyir bir-birlərindən, heç 5-10 dəq keçməmiş barışırdılar. Hər şey normal idi. Böyük kurs olduqlarına görə Aynurgil universitetdə o qədər də olmurdular. Əsasən təcrübələrə gedirdilər.
Aynurun həyatı yenə təkliklə dolu idi. Yenədə öz fikrində qalır, kimsəyə lazım olmadığını düşünür, qəlbindən sevmək sevilmək keçirdi. Amma di gəlki küçədə, universitetdə həmişə qaş-qabaqlı dolaşırdı. Bu onun xarakterində idi. Neçə dəfə İlahə onu məzəmmət etmişdi: Ay qız belə gəzmə. Səni görəndə qorxurlar. Elə bilirlər söz deyəndə döyəcəksən onları.
Amma Aynur istəsədə dəyişə bilmirdi. Özü öz həyatını qərarlaşdırmışdı. Bu belədir, belədə olacaqdı. 
Günlər həftələri, həftələr ayları qovurdu. 
Yeni ilə az qalırdı.
Qızlarla birlikdə əməlli yeni il hazırlığı etmişdilər. Evi şarlar, zərlərlə bəzəmişdilər. Bütün həyət maraqla onların pəncərəsindən evlərinə baxır, gülümsünürdülər.
Kənanda keçən zaman ərzində cəsarətli olmuşdu. Hər o tərəf, bu tərəfə keçəndə pəncərəyə baxmaqdan çəkinmir, hətta Aynur ilə rastlaşanda baxıb keçirdi. Aynur bu uşaqdan baş aça bilmirdi. 

Yeni il, qış sessiyası keçdi. Artıq Aynur dərslərlə vidalaşmış, diplom işi üçün təcrübəyə buraxılmışdı. Təcrübəni Universitetdə vermişdilər. Ona görə yenə eynən keçirdi günlər.
Amma...

Müəllif: Aynur(M.R) 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri