+++++++++++Qiyabi Tələbə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 733
Səs ver:
(səs: 0)
Girdi öz otağına...Bu sinif otağında o çox ağır imtahanlar vermişdi. Kəsildiyi imtahan da olmuşdu, müvəffəqiyyət qazandığı da. Amma qiyabi tələbə idi bu həyat dərsində. Tez-tez itirirdi yerini, özü də itirdi arada və həyatında sükut davam edirdi...Və bir müddət sonra yenidən başlıyırdı dərs zamanı. Digər tələbələrdən fərqi isə bu həyat imtahanlarında tək dərs oxumuyan tələbə olması idi. Həyat özü öyrədirdi ona hər şeyi. Ağırlıq qüvvəsi sayəsində öyrənməmişdi o ağır yükləri necə qaldırmaq lazımdı, ya daki Nyutonun cazibə qüvvəsiylə görməmişdi insanları torpaq özünə necə cəlb edir ən sonda və bu kimi sairə dərsləri, tənlikləri həyat özü göstərirdi ona yaşadıqları ilə. İlk vaxtlar keçə bilmirdi imtahanlardan. Tənliklərdəki x-ləri y-ləri aydınlaşdıra bilmirdi. X kimi gizli qalan səhvləri, gizli insanları görə bilmirdi. Lakin təcrübələr ona həyat dərsində çox kömək etmişdi. Artıq tanıyırdı hər bir kəsi, tez tapa bilirdi x-ləri,x-ləri məchullaşdıran y-ləri.

Fərqliydi bu tələbə digərlərindən...Çünki həm müəllim idi özünə həm də müəllimin verdiyi dərsləri oxumaq istəmiyən tələbə. Görürdü bir müəllim kimi səhvlərini,  amma hər bir tələbə kimi dəftərini bağlıyırdı "eh sonra düzəldərəm səhvimi hələ gələn dərsə çox var...”Yerində düzəldilmiyən səhvlər və uçuruma aparan yollar. Bu da ilk əvvəllər idi. Sonra dərslərini daha yaxşı hazırlaşırdı, qulaq asırdı diqqətlə müəlliminə. Heç bir səhvini ötürmürdü elə yerindəcə həll edirdi. Necə asan görünürdü artıq həyat tənlikləri riyaziyyatdan həmişə 2 alan bu tələbəyə. Həmişə 5 alırdı artıq. Çünki öz həyatını öyrənirdi indi uzun-uzun,  diqqətlə, hər bir sətiri əzbərliyərək. Amma ədəbiyyat dərsləri bir vaxt bu tələbəyə elə maraqsız, uzun və can sıxıcı gəlirdiki. Çünki istəmirdi süni gözəllikləri təsvir edən şairlərin şerini əzbərləmək, istəmirdi reallıqdan uzaq olan sonu həmişə gözəl bitən yalançı nağılları, istəmirdi rüşvətxor müəllimlərə dərs danışmağı və sonda da ona hər bir qiymətin öz qiyməti olduğunu demələrini o istəmirdi.

Bu qaranlıq dörd divarı çox dərslərinin şahidi olmuşdu...Arxadan bağlanan qapısı öz tək tələbəsini görməkdən heç sıxılmırdı. Gecələrlə yatmıyıb səhvləri üzərində çalışmasını görmək sevindirirdi onun dərs otağını. O isə daha çox çalışırdı...Sonuncu imtahanına az qalmışdı. Bu dəfə bacarmalıydı, çox kəsilmişdi bu imtahannan. Sevgi teoreminin həlli isə mümkünsüz idi sanki onun üçün. Tapmırdı nəticəsini, tapmırdı bu teoremdəki ürəyini yaralayan X-in gedişinin səbəbini. Bəlkə səhv onda idi. Bəlkə səhv qurmuşdu bu qrafiki. Bəlkə yenilik etməliydi…Ordinat oxunu x-i kəsən bir ox kimi yox onunla paralel irəliləyən bir xətt kimi çəkməliydiki bu yol heç kəsişməsin və daha sonra yollar ayrılmasın. Müəllimi sonuncu dərsini keçdi bu gün tələbəsinə və teoremin cavabını tapdılar birlikdə. Səhv çəkilən xətlər və səhv tapılan X oxu idi əslində onun bütün həyat qrafikini pozan və tək düzgün cavab isə x oxunu dəyişib y oxuna uyğun,onun sevgisinə layiq, yolları kəsişib ayrılsa da illər boyu onu gözlüyəcək x oxunu tapmaq oldu. Və bu da son imtahan...O bunu bacardı. Kəsib atdı öz gözəlçəsini həyatından bir dəfəlik və həyat dərsinnən məzun olan ilk tələbə...Yeni həyat dərsini yeni sevgilisi ilə başlayacaqdı illərin qocaman müəllimi...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri