++++++++++++İnsanıq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 806
Səs ver:
(səs: 0)

İnsanıq...Xəyallar qurarıq...Gerçəkləşmədikcə daha çox qurarıq talehin acığına.İnadlaşarıq həyatla. O oyunlar qurduqca biz oynuyarıq, uduzarıq...Daha sonra qələbə arzusu ilə yeni qurulmuş oyunlara qoşularıq. Amma bilərikki həyatın qurduğu oyunlar haqsızlıq üzərində qurulub. Cığal oyunçudur həyat...

İnsanıq...Sahib olarıq...Başqa insanlara sahib olarıq. Sevgilərinə sahib olarıq. Amma gün gələr sahib olduqlarımızı itirərik...İtirdikcə qədirlərini bilərik itirdiklərimizin. Amma gec olar geri qaytarılması mümkün olmaz heç nəyin...

İnsanıq...Aid olarıq...Başqalarına aid olarıq bəzən. Hər şeyimizlə təslim olarıq başqa birinə...Amma bir gün külək kimi bir göz qırpımında uçarıq onun əlindən. Qoruya bilməz bizi...Bəzən incidər, yorar...

İnsanıq...Yaşıyarıq...Bəzən bacardığımız kimi, bəzən isə istədiyimiz kimi yaşıyarıq. Gülərik, ağlıyarıq, sevinərik, kədərlənərik...Həyatı doya-doya yaşıyarıq. Bərk-bərk sarılarıq həyata, əllərimizdən sürüşüb getməsin deyə.

İnsanıqİnsanıq

İnsanıq...Sevərik...Onunçun yaşıyarıq...Hər musiqidə, hər kiçik şeylərdə onu xatırlarıq. Həyatımızı bəziyər. Bəzən kövrələrik onunçun darıxarıq. Nəfəsini, əllərini hiss etmək istərik. Ona can atarıq həmişə...Lakin gün gələr ayrılarıq.Ayrılıq insanlar üçündür. Biz isə daha yeni sevgilərə can atarıq sonunun ayrılıqlar olduğunu bilə-bilə...

İnsanıq...Sevilərik...Onun xəyalına, arzularına çevrilərik. Səsimiz sevindirər onu, körpə uşaq kimi hər bizi görəndə sevinər. Bir gün ayrılıq günü gələndə oyuncağı əlindən alınmış körpələr kimi çox üzülər...Amma alışar buna...İnsanlar nələrə alışmazki...?!

İnsanıq...Günahlar edərik...Bəzən boyumuzu aşar günahlarımız. Aldığımız cəzalardan dərs götürmərik. Bağışlanmağımızı dilədikcə yeni günahlar axtararıq...

İnsanıq...Xoşbəxt olarıq. Özümüzə xüsusi günlər seçərik. Qeyd edərik böyük sevinclə onları. Bir gülüşdən xoşbəxt olarıq. Bir sözdən xoşbəxt olarıq. Bəzən isə bu kiçik xoşbəxtlikləri bizə çox görərlər...

İnsanıq...Həyatdan küsərik. Uzaqlaşarıq günü-gündən ondan. O bizi incitdikcə onu günahlandırarıq. Amma bilmərikki bizi incidən həyat yox yaxınlarımızdı...

İnsanıq
İnsanıq

İnsanıq...Cinayətlər törədərik...Vəhşiləşərik. Başqalarının canına qıyarıq. Başqalarının Anasını gözü yaşlı qoyarıq...ALLAhın verdiyi canı alacaq qədər vəhşi,qorxusuzdurmu insan..?!

İnsanıq...Yaxşılıq edərik...Başqalarının köməyinə çatarıq. Öz mənafeyimizi güdmədən kömək əlimizi uzadarıq hər kəsə.

İnsanıq...İstifadə edərik...Bizə olunan hörmətdən, sevgidən istifadə edərik asanlıqla. Öz xeyrimizi güdərik. Alladarıq başqalarını...

İnsanıq...Qorxarıq...Təklikdən, sevgisizlikdən...Bəzən qaranlıqdan qorxarıq. Bəzən isə qaranlıq təkliyimizin tək dostuna çevrilər...Qorxarıq itirməkdən, itələnməkdən kənara...Qorxularımızdan da qorxarıq...

Biz insanıq...Bəzən pis insan,bəzən isə yaxşı olarıq. Amma unutmuyaqki biz insanlar yaradılmışların ən gözəli, ən ağıllısıyıq. Biz verilmiş bu gözəl nemətlərdən düzgün istifadə edək və şükür etməyi bacaraq...


İnsanıqİnsanıq
Həyat oyun qurduqca siz oynuyun.Oynuyunki hər dəfə daha qürurlu uduzasınız...Onsuzda tək qalib həyatdır
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri