Sən Heç Peşman Oldunmu?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 305
Səs ver:
(səs: 3)
Dərimizdəki yara olmadan necə ki, anlamırıq canımızın incidiyini, peşmanlığın yarası da olmadan anlamırıq içimizdəki gizli məsumiyyətin qırğınlığını...
Heç istəmədən olmuş kimi, qəza ilə dəymiş kimi soxulur günah və kirlər ruhumuzun billur sularına...
Vicdanımızın qulağının dibində fısıltılı hesablaşmalara çağırır bizi peşmanlıqların nəfəsi...
Utandırır bizi...
Utandırdığı kimi, utanmağı bacardığımızı da xatırladır bizə...
Üzümüz qızarır, başımız önə əyilir, bəlkə göz yaşı belə tökürük...
Qucağımızda heç durmadan ağlayan uşaq kimi, sızlanan xəstə kimi tapırıq peşmanlığı...
Nə inkar edə bilir, nə unuda bilir, nə də acısını sakitləşdirə bilirik...
Buraxaq eləcə qalsın...Acısın! Qanasın! Sızlansın! Dağlasın köksümüzü!
Öz gözlərimizin içinə baxdığımızda, öz üzünü göstərib, utandırsın bizi! Bizi bizə satsın!
Acısına ehtiyacımız var peşmanlığın... Birdən heç acıtmasaydı günah qəlbimizi?!
Birdən peşimanlığın iniltisi yapışmasaydı yaxamıza?!
Qıvrandıqca yenə, yenidən tutmasaydı biləklərimizdən?!
Nə yaxşı ki, edir bütün bunları...Nə yaxşı...
Silib, hər şeyi yenidən başlamaq təlaşı ilə əffin boynuna sarılırıq peşmanlığımızla...
Silib, hər şeyi başdan, sevildiyimizi ummaq adına rəhmətin qucağına buraxırıq göz yaşımızı...
Sancılanan vicdanımızla, utanan üzümüzlə, ağlayan gözümüzlə, titrəyən dodağımızla, ürəkdən bir üzür, kövrək bir tövbə fürsəti verər bizə peşmanlığımız...
Bəs birdən heç olmasaydı peşmanlığımız?!
Heç yandırmasaydı canımızı?!
Bax onda ağrı hiss etməyən xəstələr kimi, yandırardıq rəhmətə gedən ayaqlarımızı...
Sən heç peşman oldunmu?

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 305
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri