Sonsuzluq, qanaxmalar və ölüm

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 785
Səs ver:
(səs: 1)

Bütün bunlara gətirib çıxaran səbəb abortlardır

Müqəddəs varlıq olan qadın həyata uşaq gətirir.Lakin bəzən qadınlar bu şərəfli işdən imtina edirlər.Onlar özlərini müqəddəs analıq adından məhrum edirlər,yəni qadınlar müxtəlif yollarla öz hamiləliklərini pozurlar.Ən çox istifadə olunan yol isə təbii ki,abortdur.Qadınlar hamiləliklərini pozmaqla həm öz sağlamlıqlarınıa ciddi ziyan vururlar,həm də övlad məhəbbətinin şirinliyini hiss edə bilmirlər.

Abort qadın orqanizminə zərərli təsir göstərirmi?Bu sual qarşısında həmişə fikirlər toqquşur.Belə ki,həkimlərin bir qrupu abortun qadın orqanizminə heç bir mənfi təsir göstərmədiyini,digər qrupu isə abortun qadın üçün xoşagəlməz nəticələr verdiyini vurğulayırlar.

Abort nədir?

-Abort-hamiləliyin pozulmasıdır.Tibbi abort isə hamiləliyin süni şəkildə pozulmasıdır.Daha dəqiq desək,tibbi məqsədlə aparılan abort hamiləliyin süni sürətdə pozulması kimi qiymətləndirilir.Adətən tibbi abortların hamısı hamiləliyin 4-5 həftəliyindən başlayaraq 12-ci həftəliyinə qədər aparılmalıdır.Bizim məsləhətxanaya hamilə qadınlar mini-aborta(hamiləliyin 4-5-ci həftəsində aparılan abort)görə müraciət edirlər.Qadından qan nümunələri götürüb onları QİÇS-in,habelə uşaqlıq yolundan yaxma götürüb həmin hissələrdə xəstəlik törədici bakteriyaların (qonerreya,maya göbələkləri, trixomonas və s.) olub-olmamasını təyin edirik.Yalnız qeyd olunan müayinələr qənaətbəxş olduqdan sonra qadınlar abort olunur.Bəzən hamilə qadınlarda spontan(öz-özünə)abortlar olur.Spontan abortlar daha çox zoonos infeksiyalara(toksoplazma, xlamidiya, sitomeqalovirus, herpes və s.) yoluxmuş qadınlarda hamiləliyin müxtəlif vaxtlarında baş verir.Qeyd olunan xoşagəlməz halların olmaması üçün yeni ailə qurmuş cavan ailə üzvləri dərhal müayinələrdən keçməlidirlər. Əgər qadında bu infeksiyalardan hər hansı biri müəyyən edilərsə,onda həmin qadın "boş qarına” müalicə almalıdır. Bəzən elə olur ki,hamilə qadın toksoplazmoza yoluxur.Bu zaman onun uşağında əksər hallarda bətndaxili eybəcərlik baş verir.Əgər belə hal baş verərsə,hamiləlik mütləq pozulmalıdır.Tibbi abortlar qadın orqanizmi üçün zərərlidir.Ancaq arzuolunmayan hamiləliyi pozmaq məqsədilə abort əsas üsul kimi istifadə olunur.Abort aşağıdakı xoşagəlməz hallara gətirib çıxara bilər:

*sonsuzluq;

*uşaqlığın deşilməsi;

*qanaxmalar;

*ölüm;

*başa çatdırılmayan hamiləlik;

*vaxtından qabaq doğuş.

Bəs arzuolunmayan hamiləliyin qarşısını almaq üçün qadınlar nə etməlidirlər?

Bunun üçün kontrasepsiyadan istifadə olunur.Kontrasepsiya-arzuolunmayan hamiləliyin qarşısını müxtəlif üsullarla alınmasına deyilir.Bunlardan uşaqlıq daxilinə qoyulan spiralları,dərman həblərini göstərmək olar.

Uşaqlıq daxilinə qoyulan spirallar bütünlükdə uşaqlıq boşluğunun içərisinə yerləşdirilir.Məqsəd isə,təbii ki,arzuolunmayan hamiləliyin qarşısını almaqdır.Qeyd olunan spirallar adətən mis tərkibli olur.Həmin bu mis sperma və yumurta hüceyrəyə toksiki təsir göstərir,nəticədə mayalanmanın qarşısı alınır.Mayalanma baş vermədikdə isə qadın hamilə ola bilmir.Həblər həkimin məsləhəti ilə ev şəraitində daxilə qəbul olunur.

Qadınlara tövsiyə budur ki,hamiləlik baş verən andan etibarən qadın məsləhətxanasında qeydiyyatda olsunlar.Yeni ailə quranların isə ailə-sağlamlıq mərkəzlərinə müraciət etmələri məsləhətdir.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 785
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri