Ayaqqbıçı Və Uşaq.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 530
Səs ver:
(səs: 4)

 Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Hərçənd mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün kafi idi. Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə… Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sağ qismi, dizinin alt qisimindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar, sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan ayılıb yola qoyulduğunda, adam dükandan çölə atılıb: 

— Balacaa! deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər çox gözəldir! Uşaq, ona dönərək:
— Həqiqətən çox gözəllər!- deyə təbəssüm etdi. Amma mənim bir qıçım doğuşdan əskikdir.
— Məncə əhəmiyyətli deyil!.- deyə, irəli gəldi adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki! Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da ınancı!
Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdirdi:
— Kaş ki, ınancımız əskik olacağına, ayaqlarımız əskik olsa idi.
Uşağın başı yaxşıca qarışmış idi. Bu səfər adama doğru yaxınlaşıb:
Anlaya bilmədim!- dedi. Niyə elə olsun ki?
Çox sadə!- dedi, adam. Əgər inancımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orada bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər...
Kiçik uşaq, təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:
— Baxdığın ayaqqabı, sənə yaraşar!- dedi. Geyinib yoxlamaq istəyərsənmi? 
Uşaq, başını yanlara yelləyib:
-Üzərində 30 lirə yazılıb, dedi. Almam mümkün deyil ki!
Endirim mövsümünü, sənin üçün bir az önə alaram!- dedi adam. Bu vəziyyətdə 20 lirəyə düşər. Onsuz da sən təkini götürəcəksən, o da 10 lirə edər. Uşaq bir az düşünüb:
Ayaqqabının digər təki işə yaramaz!- dedi. Onu kim alacaq ki?
Amma uzatdın haa! deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram.
Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:
— Üstəlik də şagirdsən deyilmi?- deyə soruşdu.
— İkiyə gedirəm!- deyə atıldı uşaq. Üçə keçdim sayılar.
— Lap yaxşı! -dedi adam. 5 Lirə də şagird endirimi etsək, geri qalar 5 lirə. O da bazarlıq payı olar. Belə isə ayaqqabı sənindir, satdım getdi!
Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı çıxartdı. Bir stul götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək:
— Mənim satış əməliyyatım bitdi!- dedi. Sən də mənə, bunu satsan məmnun olaram.
— Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi? 
Sən çox cahil qalmısane, ay dost… — dedi adam. Antikvar əşyalardan xəbərin yox hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çox pul edər. Buna görə ayaqqabın, məncə ən az 30- 40 lirə edər.
Kiçik uşaq, bir-birinin ardı ilə yaşadığı şokları üzərindən ata bilməmişdi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın, həyəcandan tərləyən ovuclarına sıxışdırdığı kağız pullara göz gəzdirdikdən sonra, 10 lirəni geri verərək:
— Mənə görə 20 lirə kafi… -dedi. Endirim mövsümünü başlatdınız axı!..
Adam onu qıra bilməyib pulu götürdü. Və bu arada yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı. Əgər bütün mallarını bir gündə satsaydı da belə bir xoşbəxtliyi tapa bilməzdi.
Uşaq, yavaşca yerindən qalxdı. Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə təşəkkür edib:
Atam haqlı imış!- dedi. "Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!" demişdi.

"Övlad gözü,ana ürəyi".
Kiçik qız, özünü bildiyi gündən bəri anasından böyük bir qayğı görmüş və ondan eşitdiyi sözlərlə, şahzadədən daha gözəl olduğuna inanmışdı. Ona görə nur üzlü və badam gözlü idi. Bir dənəcik balası idi. Amma ibtidai məktəbə başladığında, işlər dəyişdi. Yoldaşları, onun heç də gözəl olmadığını, hətta çirkin belə sayılacağını söyləyirdilər.
Kiçik qız, ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il içində gerçəklərlə üzləşdi. Anasının bir körpəyə bənzətdiyi üzü, solğun bir dəriyə sahib olduğu üçün, yaşlı bir insan üzünü xatırladırdı. «Badam» dediyi gözləri isə çəp idi. Boyunun da bir sərviliklə əlaqəsi yox idi. Demək ki, anası onu aldatmış və illər boyu çəkinmədən yalan danışmışdı.
Gənc qızın ana sevgisi, qısa bir müddət içində nifrətə döndü. Evlənmə yaşına gəlmiş olmasına baxmayaraq, üzünə baxan yox idi. Üstəlik də gözləri, bütün müalicələrə baxmayaraq düzəlmirdi. 
Gənc qız, həkimlərin gizlicə etdiyi danışmalardan kor olacağını anladığında dəliyə döndü və özünü hələ uşaqlıq illərindəki sözlərlə oxşayan anasının bu yalanlarına dözə bilməyib, evi tərk etməyə qərar verdi. Lakin anası, uzaq bir yerdə iş tapdığını söyləyərək ondan əvvəl hərəkətə keçdi. Və qazandığı pulları bir qohumuna göndərib, qızına baxmasını xahiş etdi.
Gənc qız bir müddət sonra görmə qabiliyyətini itirdi. Artıq qaranlıq dünyasıyla baş başaydı. Bu arada anasını heç düşünmürdü. Yalançı idi anası, ölsə belə bir itkin sayılmazdı.
Bir gün həkimlər, uyğun bir cüt göz tapdıqlarını söyləyərək qızı əməliyyat etdilər. Anca

q o, gözünü açdığında yenə eyni üzü görməkdən qorxurdu. Lakin gün işığı üçün çox darıxmışdı. Heç olmasa kiməsə yük olmazdı.
Gənc qız, əməliyyat sonunda aynaya baxdığında, dəli bir çığlıq atdı. Qarşısında bir dünya gözəli vardı. Həqiqətən də gözəl bir qız idi gördüyü. üzündəki sızanaqlar tamamilə itmişdi. Çox kəmərli olan burnu düzəlmiş və çöl otlarını xatırladan düz saçları, dalğa dalğa olmuşdu. Boyu da hər zamankindən uzun idi.
Gənc qız, yanındakı yaşlı həkimə sevinclə sarılaraq:
— Sanki yenidən dünyaya gəldim!- deyə qışqırdı. Üzümdə heç bir çirkinlik qalmamış. Estetik əməliyyatı sizmi etdiniz?
Yaşlı həkim:
— Xeyr qızım!- deyə gülümsədi. Ananın gözlərini taxdıq sadəcə. «Mənə lazım deyil» deyə bağışlamış.

 

 

(səs: 4)
Şərhlər: 0
Baxılıb: 3 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri