Cadugər yanına gedən məmurlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 456
Səs ver:
(səs: 0)

Azərbaycanda əhalinin falçılara və cadugərlərə xərclədiyi məbləğ bəlli oldu
«Azərbaycanda falçılıq və cadugərliyə 2012-ci ildə 200 milyon manat pul xərclənib». Bu barədə "Exo" qəzetinə İqtisadiyyat və Sosial Araşdırmalar mərkəzinin nümayəndəsi Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, bu əvvəlki illərlə nisbətdə fantastik artımdır.
"Əvvəllər bu göstərici daha aşağı idi. Xərclənən məbləğ heç 100 milyon manata çatmırdı. Ancaq ötən il apardığımız monitorinq bizi pis mənada təəccübləndirdi. Göstərici 2 dəfədən də artıq artmışdı", - deyə ekspert bildirib.
Bundan əlavə statistika nəticəsində Rusiyada əhalinin cadugərlərə xərclədiyi pulun göstəricisi də bəlli olub. Məlumata görə, Rusiyada hər il ekstrasenslərə 30 milyard dollara qədər pul xərclənir.
Psixoloq Azad İsazadənin fikrincə isə insanların ekstrasenslərə müraciət etməsinin əsas səbəbi həkimlərə inamın azlığıdır.
Bu məsələylə bağlı əməkdaşımız cadugərliklə məşğul olan və adının çəkilməsini arzulamayan şəxslə əlaqə saxlayıb. O, qazancının ötən illərə nisbətən artıb-artmadığını açıqlamasa da, çox maraqlı fikirlər səsləndirib: "Mən qazancımla bağlı heç bir açıqlama vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, şikayətçi deyiləm. Bu işlə çoxdan və professional şəkildə məşğul olduğumdan mənə müraciət edənlər kifayət qədər çoxdur. Hətta müştərilərim arasında çox yüksək vəzifə sahibləri olan tanınmışlar da var”.
Amma o, bütün cəhdlərimizə rəğmən həmin "yüksək vəzifə sahibləri”nin adlarını açıqlamaqdan imtina etdi.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri