Sosial şəbəkə paxıllıq yaradır.

Müəllif: Wiyinka
Şərhlər: 2
Baxılıb: 2 293
Səs ver:
(səs: 1)

 XXI əsr insanın tezdən durarkən salamlaşdığı, axşam yatarkən sağollaşdığı insanların sayı yüzlərlədir. Bu imkanı ona verən əsrarəngiz qüvvə isə sosial şəbəkələrdir.

Hər birimiz gündəlik həyatımızda bu vasitələrin gücünü hiss edirik.  Amma bəzən adi salam və sağ olun, "like” və "tvit” in ağır nəticələrə səbəb olacağını unuduruq.
Artıq iş o yerə çatıb ki, sosial şəbəkələr asılılığı "XXI əsrin vəbası” statusunu alıb. Bu xəstəliyə yoluxmuş bir israilli gənc ailə, yeni doğulan körpənin adını "like” qoyublar. Həmin uşağın adına açılmış səhifənin artıq yüzlərlə dostu var.

Alimlərin fikrincə, müalicəsi olmayan şəbəkə asılılığı bir çox xüsusiyyətlərinə görə narkomaniya və alkoqolizmə çox yaxındır.  Bu xəstələr heç zaman xəstə olduqlarını hiss etmir və qəbul etmirlər.  Ona görə müalicədən qaçırlar.  Yalnız qohumları, valideynlərinin təkidi ilə müalicəyə razı ola bilərlər.

Sosial şəbəkə xəstəliyinə tutulanların əlamətləri

Bu vasitələr meydana çıxandan insanlar getdikləri yer, kiminlə birlikdə olması, yediyi yemək, yatmaqları, yuxudan durmaqları, bir sözlə, hər şeyi yazmağa başlayıblar. Bu, xəstəliyin ilkin əlamətləri ola bilər. İnsanlar sosiallaşdıqlarını düşünərkən əslində, asosiallaşırlar: onlar canlı ünsiyyətdən qaçırlar.

Sosial şəbəkə həm də paxıllıq hisslərini gücləndirir. Məsələn, dostlarınız yay tətilini xarici ölkədə keçirməsi xəbəri, paylaşdığı şəkillər sizdə aqressiya yarada bilər. "Nə üçün mən gedə bilmirəm?”, "Bəlkə də, ailə, uşaqların problemi olmasaydı, mən də gedərdim”, "nə üçün mən gedə bilmirəm, onun məndən nəyi artıqdır” kimi düşüncələr yaradır. Yaranan bu aqressiya insanlarda depressiya, ailədən uzaqlaşma kimi hissələr yaradır. Yaxud da qanunsuz yolla daha çox qazanmaq, hansı yolla olursa olsun növbəti il mütləq həmin yerə getmək fikirlərini formalaşdırır.

Bu insanların dostluqları tez korlana bilər. Çox adi bir səbəbdən sevgililəri ilə dava edə bilərlər. İstəmədikləri, lazım olmayan məhsulları şəbəkədə reklam olunduğuna görə ala bilərlər.  Burada ünsiyyət daha çox yazılı formada qurulduğundan, insanlar danışmağa həsrət qalırlar.  Danışmaq istəmir, get-gedə özlərini tənha hiss edirlər.  Real həyatda insanlar əvvəlcə düşünüb sonra danışırlarsa,  virtual həyatda öncə statusu paylaşıb sonra düşünürlər.

İnternetdən uzaqlaşan insanlarda alkoqol, siqaret və narkotik maddə aludəçilərinin bədənində meydana gələn dəyişikliklər müşahidə olunur. Aqressiv və depressiv davranışlarla yanaşı insanlarda ünsiyyət problemi də müşahidə olunur.

Psixoloqların araşdırmasına görə, səbirsiz insanlar üçün risk daha yaxındır. Sosial şəbəkə insanları daha tez yalan deməyə sövq edir. Hörmət və mərhəmət duyğularını məhv edir. Sosial mediada uzun müddət vaxt keçirən uşaqlarda cinsi yetişkənlik daha tez inkişaf edib.
Bu insanlar, hətta yeməkdən imtina edir, qıc olana qədər kompüter qarşısından ayrılmırlar. Onların sağlamlıqlarını düşünən yaxınları internetdən istifadə məhdudiyyəti qoyarkən depressiyaya düşürlər.

"tvit” və "like” sindromu

İnternet bağlılığı yeni bir xəstəlik "tvit” və "like” sindromu yaradıb. Məsələn, sosial şəbəkədə paylaşılan yazılar və şəkillərin "like” toplaması insanlar üçün taleyüklü prosesdir. Paylaşdıqlarının az "like” toplaması onlarda depressiya yaradır.

Amma bir çoxlarımız nəyi "like” edib-etməyəcəyimizi bilmirik. Nəyi "like” etməyimiz iş yerimizə, daşıdığımız məsuliyyətə xələl gətirə bilər. Bir müddət əvvəl Rusiyada bir stüardessa sosial şəbəkədə söyüş xarakterli şəkli "like” etdiyinə görə ciddi tənqidlərə məruz qalmış, hətta işindən də ayrılmalı olmuşdu.

Britaniya alimlərinin apardıqları araşdırmalara görə, "Tvitter”dən istifadəyə görə son vaxtlar hər üç ailədən biri dağılıb. Bunu nəzərə alaraq artıq məktəblərdə "təhülkəsiz internet” dərsi keçilməyə başlayıblar. Bu dərsdə şagirdlərə sosial şəbəkədə necə dostluq qurmaq, dostlarla necə davranmaq kimi xüsusiyyətlər öyrədilir.

İntihar məktubları

Bir müddət əvvəl iki rusiyalı bacı sosial şəbəkələrin birində intihar edəcəkləri ilə bağlı fikirlərini paylaşıb, sonra isə yüksək bir binanın başına çıxaraq intihar etmişdilər. Bu hadisə sosial şəbəkə istifadəçiləri, xüsusən gənclərdə intihara meyli sürətləndirib. Azərbaycanda da ötən il bir neçə gənc intihar edəcəyi ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb, qəbrinin formasını hazırlaması, son fikirlərini, intihar səbəblərini yazaraq intihar etmək dəb halını almışdı. Ötən il həm də iki Türkiyəli gənc də intihar edəcəkləri barədə şeir yazıb, "Facebook” da paylaşdıqdan sonra intihar etmişdilər.

Amma düşünməyək ki, bu bəla insanlar arasında virus kimi yayılarkən dövlətlər sakit oturub. Artıq şəbəkənin fəsadlarından ən çox əziyyət çəkən ölkələrdən biri Tailandda bu bəlaya qarşı xüsusi sosial çarx hazırlanıb. Sosial çarxda nümayiş olunan kadrlarda insanlara "şəbəkədən ayrıl, burda da həyat var” kimi mesajlar verilir.

İngiltərədə polislərə sosial şəbəkədə, xüsusən "Facebook” da davranışla bağlı kitabçalar verilib. Kitabçada qeyd olunur ki, çox zaman cinayətkarlar sosial şəbəkədə polislərlə dost olur və onlardan bəzi məlumatları ala bilirlər. 12 min polisə paylanan kitabçada "Facebook”da dost seçmək və məlumat paylaşmaqla bağlı tövsiyələr yer alıb. Almaniyada isə internet asılılığını müalicə edən klinik kabinetlər də fəaliyyət göstərir.

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri