+++++++++Bir Təbəssüm Nəyi Dəyişə Bilərdiki?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 351
Səs ver:
(səs: 0)
Kiçik bir qız fikirli bir adama gülümsədi...
Çox keçmədi ki, adamın fikri dağıldı. Sonra dostu yadına düşdü. 
Kiçik bir iş üçün ona təşəkkür etmədiyini xatırladı. Tez bir məktub yazıb yolladı. 
Dostu bu məktubdan o qədər sevindi ki, nahar etdiyi yeməkxanada xidmətçiyə böyük bir bəxşiş verdi.
Xidmətçi ilk dəfə idi ki, belə bəxşiş alırdı. Axşam evə gedəndə 
bəxşişin bir hissəsini küçənin tinində oturan dilənçiyə verdi. 
Dilənçi iki gün idi ki, ac idi. Tez gedib qarnını doyurdu. 
Sonra da bir binanın zirzəmisindəki "evinə” yollandı.
Yolda soyuqdan titrəyən bir balaca it gördü. Iti götürüb evinə apardı.
Balaca it soyuqdan xilas olduğu üçün gecə yarısına qədər isti otaqda atılıb-düşməyə başladı. 
Gecə yarısı binanı tüstü bürüdü. Yanğın var idi.
Tüstünü hiss edən it hürməyə başladı. Əvvəlcə dilənçi oyandı. 
Sonra, bütün bina ayağa qalxdı.
Beləcə, böyük bir bəladan xilas oldular. Bunların hamısı isti,
səmimi bir təbəssümün nəticəsi idi. Təbəssüm özü bir gözəllikdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri