Bir duz hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 180
Səs ver:
(səs: 1)
Hindli bir qoca usta, çırağının həmişə hər şeydən şikayət etməsindən yorulmuşdu. Bir gün çırağını duz almağa göndərdi. Həyatındakı hər şeydən narazı olan çıraq qayıtdıqda, qoca usta ona, bir ovuc duzu, bir stəkan suda qarışdırıb içməsini söylədi.
Çıraq, qoca adamın söylədiyini etdi amma içər içməz ağzındakıları tüpürməyə başladı.
- ‘Dadı necədir?’ deyə soruşan qoca adama hirslə:
- ‘Acı’ deyə cavab verdi. Usta gülümsəyərək çırağını qolundan tutdu və bayıra çıxartdı. Səssizcə bir az irəlidəki gölün sahilinə apardı və çırağına bu dəfə də, bir ovuc duzu gölə atıb, göldən su içməsini söylədi. Söylənəni edən çıraq, ağzının kənarlarından axan suyu qoluyla silərkən, qoca eyni sualı soruşdu:
-‘Dadı necədir?’ - ‘Sərinləşdirici’ deyə cavab verdi gənc çıraq.
- ‘Duzun dadını daddın mı?’ deyə soruşdu qoca adam, ‘Xeyr’ deyə cavabladı çırağı. Bundan sonra qoca adam, suyun sahilində diz çökmüş çırağının yanına oturdu və belə dedi:
- ‘Həyatdakı qəm duz kimidir, nə azdır, nə də çox. Qəmin miqdarı həmişə eynidir. Ancaq bu qəmin acılığı, nəyin içinə qatıldığına bağlıdır.Qəmin olduğu zaman lazım olan tək şey qəmi yaşadan şeylə bağlı hisslərini genişlətməkdir. Onun üçün sən də artıq stəkan olmağı qoy bir kənara, göl olmağa çalış.’
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri