Sevilməyən halal: Boşanma

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 128
Səs ver:
(səs: 4)
Allah insanı cüt yaratmış, maddə və məna sahələrində cütün hər təki, digərinə möhtacdır, xoşbəxtlik, dinclik, artıma, təhsil, köməkləşmə, dəyərlərin gələcək nəsillərə köçürülməsi… Həmişə cütlərin evlənməsi, ailə qurması və ailəni qorumasına bağlıdır. Buna görə dinimiz və ənənəmiz evlənməyi təşviq etmiş, bu hadisəni toylarla, şənliklərlə qarşılayıb elan etmiş, yuva qurmağı yaxşı, yuva yıxmağı pis görmüşdür.
Yuvanın dinc və davamlı ola bilməsi üçün yoldaş seçkisində vasvası davranılması istənmiş; gözəllik, zənginlik, var-dövlətdən,ad-sandan əvvəl dindarlıq və əxlaqın axtarılması tövsiyə edilmişdir.
Boşanma Allah Təalanın, zəruri hala gəldiyində icazə verdiyi amma sevmədiyi bir hadisədir. Boşanma hadisəsinin yan təsirləri yalnız cütləri deyil, onlardan çox uşaqları və azalaraq iki tərəfin ətrafını mənfi təsir etməkdədir.
Getdikcə artan boşanma hadisələrində səbəblərə baxıldığında bunların çoxu, boşanmanı zəruri edən səbəblər deyil, gedərək artan dözümsüzlük, qənaətsizlik, doymazlıq, pula düşkünlük, təqlid kimi əxlaqi və psixoloji səbəblərdir. Bunların aradan qaldırılması isə böyük ölçüdə 'əxlaq təhsili' ilə ola bilər.
İslam, 'vəziyyət nə olursa olsun, tərəflərdən biri və ya hər ikisi evlilik davam etdiyi təqdirdə nə qədər zərər görsə görsün evlilik davam etməlidir' demir. Səbəb nə olursa olsun evlilik çəkilə bilməz hala gəlsə bunun davamından həm cütlər həm də ətrafları zərər görərlər. Bu təqdirdə razılaşaraq, özləri razılaşa bilmirlərsə araya hakimləri salaraq xoş boşanmaq lazımdır. Uşaqlar varsa, boşanmadan sonra da qanuni olan yaxşı əlaqələrin, uşaqlar və qohumluq adına davam etdirilməsi lazım olar.
Gəl gör ki, boşanmaların çoxu 'evlilik çəkilə bilməz hala gəldiyi' üçün deyil, daha azad, daha həzzli bir həyat ümidi ilə olur. 
Nə imiş, qadın boşandığı təqdirdə ac və açıq qalmamalı, evlilik birliyini bu qorxu üzündən davam etdirməməli imiş. Yaxşı bu qorxunu necə aradan qaldıracaqsınız qadını pullu bir işdə işlədərək İşdən atılma qorxusu yoxdurmu? Bir çox işə yaramaz adamın ağız qoxusuna dözmə riski yoxdurmu…? 
İslam qadını, ac qalmamaq üçün işi məcbur tutmur, azad seçimi ilə istəsə və lazım olsa özünə uyğun işlərdə işinə icazə verir. Amma qadın işləsə onun dolanışığını mütləq təmin edir; bunun üçün hüquqi, əxlaqi və ictimai tədbirlər alır.
Keçici, bir neçə saat və ya gün davam edəcək bir yol yoldaşlığında belə yoldaşlarınıza dözməniz lazımdır; heç bir kimsə digərində bütün axtardıqlarını tapa bilməz. Birlik, olanlar ilə olmayanlar arasında qurulacaq bir tarazlıq ilə gedər; gözləmələrdən var olanlar, yox olanları əhəmiyyətsiz edəcək ölçüdə olduqca birlik sürər, sürməlidir, çünki birliyi pozanların bundan sonrası üçün gözləmələrinin reallaşma ehtimalı da heç bir zaman zəmanətli deyil.
Tərcümə etdi: Aytən Mələk
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 3 128
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri