Yaş fərqi vacibdirmi? (Müzakirə)

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 7 034
Səs ver:
(səs: 4)
Ümumiyyətlə kişilərin və qadınların çoxunun bu mövzuda qəlb mühakimələri vardır. Halbuki indiki vaxtda bir çox əlaqədə görüldüyü kimi yaş fərqinin əhəmiyyətli bir faktor olmadığı da düşünülməyə başlandı. Özündən yaşca çox böyük ya da çox kiçik biriylə əlaqəyə başlayan bir adam neyə görə və necə bu faktora əhəmiyyət verər? Bu şərtlər qərarımıza təsir edirmi? 
Günümüzün müasir dünyasında qadın və kişilərin yaşlarını bir qrupa sala bilmirik. "50 yaşındakılar belə davranar" kimi bir ümumiləşdirmə etmək xeyli çətindir. Adamın özünü yaş qruplarına sala bilmədiyi bu çağda əlaqəyə başlayan cütlərin bir-birlərini tanımaları üçün ortaq şərtləri kafi sayılmaqdadır. Yaşları nə olursa olsun ortaq zövqlər və paylaşmalar daha təsirli olmağa başlamışdır. Fərdlərin bir yerdə ola bilmələri üçün bir-birlərində axtardıqları xüsusiyyətlər və standartlar arasında "yaş fərqi" siyahıda alt sıralara düşmüş görünməkdədir.
Yaxşı razılaşan iki tək fərd yaş fərqi üzündən bir yerdə ola bilməmələrinin çox da görülmədiyi müasir şəhər həyatında əlaqələri pozan və çürüdən daha əhəmiyyətli faktorlar ortaya çıxmışdır. Ümumiyyətlə qadınların özlərindən yaşca daha böyük kişilərlə birlikdə olmaq istəyələrinin səbəbinin yetkin kişi axtarışı olduğu deyilsə də yetkinliyin yaş ilə meydana gəlmədiyi də bir həqiqətdir. Kişilərin ağıllı qadınlardan qorxduğu, ağıllı qadınların utancaq olduğu, kişilərin gec yetkinləşdiyi ya da qadınların özlərindən kiçik kişilərlə birlikdə olmaqdan utandığı şəklindəki qəlb mühakimələrini bir kənara buraxan günümüz insanı, yalnız həyatı paylaşa biləcəyi və sevə biləcəyi uyğun bir partner axtarmaqdadadır. Bu axtarışını da "yaş fərqi" ilə pozmayacaq qədər israrçıdır!
Yaxşı siz nə deyərsiniz? Yaş fərqi həqiqətən fərq edərmi? 
Tərcümə etdi: Aytən Mələk
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 7 034
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri