Yandex yaxşıdır, yoxsa Google?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 535
Səs ver:
(səs: 1)
Yandex istifadəçilərini Google-dan 10 dəfə pis qoruyur. Yandex internet istifadəçilərini ziyanverici saytlardan qorumaq nöqteyi-nəzərindən ən az effektiv olan şirkətdir: onun axtarış nəticəsində təqdim etdiyi 13,7 milyon saytdan 3,3 mini viruslu olub.
Google ekspertlər tərəfindən tədqiq edilmiş axtarış sistemləri arasında ən yaxşı nəticələr göstərib. Yandex axtarış serveri 10 dəfə daha çox ziyanverici saytı nəzərdən qaçırır, nəinki Google – bütün bunlar AV-Test araşdırma şirkətinin informasiya təhlükəsizliyi üzrə hesabatında mövcuddur.
Antivirus laboratoriyalarının mütəxəssisləri 18 ay ərzində, 2011-ci ilin avqust ayından 2013-cü ilin fevral ayınadək populyar axtarış sistemlərinin tapdığı 40 milyona yaxın veb-saytı yoxlayıblar. Google axtarış sistemi vasitəsilə mütəxəssislər müəyyən ediblər ki, 10,9 milyon veb-sayt arasında 272 saytda ziyanverici proqram təminatı mövcud olub və bu, axtarış sistemləri arasında ən yaxşı nəticədi. Bing, Google və Yandexdən 5 dəfə daha çox ziyanverici sayta istinad verib.
Google-da bu rəqəm 11 milyon istinaddan 1,3 min təşkil edib, Yandexdə 10 dəfə çox, 13,7 milyon istinad arasında 3,3 min. Böyük axtarış sistemləri istifadəçiləri təhdidlərdən qorumaq üçün istinadların avtomatik yoxlanması texnologiyaları ilə təchiz edilib, lakin bu texnologiyalar 100% effektiv deyillər. Blekko axtarış sisteminin Google ilə müqayisədə daha az ziyanverici istinadlar tapmasına baxmayaraq, onun vasitəsilə cəmi 3 milyon sayt yoxlanılıb.
Faroo, Teoma və Baidu axtarış sistemlərində təhlili aparılıb, lakin onlar üzrə statistika hesabatda təqdim edilməyib. İstifadəçilərin daxil olduğu ziyanverici saytlar istifadəçi proqram təminatlarında mövcud boşluqları istismar ediblər. Ümumilikdə 5 minə yaxın virusa yoluxmuş veb-sayt aşkar edilib.
Virusa yoluxmuş saytların sayı getdikcə artır, misal üçün, 2013-cü ilin mart ayında AV-Testin mütəxəssisləri tərəfindən 110 milyondan çox ziyanverici kod nüsxəsi aşkar edilib.
Ekspertlərin sözlərinə əsasən, istifadəçilər öz kompüterlərinin virusa yoluxma riskini azaltmaq üçün istifadə etdikləri proqram təminatlarının daha yeni versiyalarından istifadə edə bilərlər.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 535
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri