+++++++++Günəbaxanın insanla söhbəti

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1100
Paylaş:
Səs ver:
(səs: 3)

 

Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır.

Günəbaxan: "Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?"

İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm."

Günəbaxan: "Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar 

və mən günü heç nə ilə səhv salmaram."

İnsan(təəssüflə):"Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram"

Günəbaxan:"Mən yalnız günü sevər və onun işığına ümid bəsləyərəm."

İnsan (xəcalətli halda): "Mən isə Allahdan qeyrisinə də ümid bəsləyərəm."

Günəbaxan:"Mən gün işığı ilə cücərib yerdən boy verər, gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm."

İnsan (utanaraq):"Mən Allahın nuru ilə dünyaya gələrəm, amma öz günahlarım ilə axirətimi zülmətə qərq edərəm."

Günəbaxan: "Mən günlə yaşayaram."

İnsan: "Mən Allahla yaşayaram."

Günəbaxan: "Zülmət məni məhv edər."

İnsan: "Məni isə günahlarım."

Günəbaxan: "Mən aradakı məsafəni işıqla qısaldaram, bəs sən?"

İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb iyləyir. Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi son sözlər qulağında sırğa olur. "Mənim adım çəkiləndə hamının yadına gün düşür. Bəs sən insanın adı çəkiləndə necə? İnsan deyildikdə kimsənin yadına Allah düşürmü?"

Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü günə tərəf tutub ağlayır.

   P.S  Allah bizi şeytandan uzaq elesin.. Qəlbimizdən Allah sevgisi Allah qorxusu əskik OlmaSıN !!!


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1100
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv