Bir Gül Hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 233
Səs ver:
(səs: 4)
Bir gül hekayəsi

Çox gözəl bir kənd var imiş. Bu kənddə biri birindən gözəl qızlar və igid gənclər yaşayırmış. Amma aralarında bir nəfər qız gözəlliyinə görə kənddəki bütün qızlardan seçilirmiş. Kənddəki bütün oğlanlar o qızın gözəlliyinə heyran olurlar. Qız çeşmə başında və ya gül baxçasında göründüyündə hər kəs:
-Bax, gördün, necə də gözəldir? deyərmişlər.
Bütün gənclər qızın evlilik yaşını sayırmışlar ki, evlərinə elçi göndərsinlər.
Gün gəlir, qızın evlilik yaşı gəlir və hamı elçilərini göndərərək, yox cavabını alırlar.
-Elçilər: Mən sizə Allahın əmri, peyğəmbərin qəbulu ilə!Nə deyirsən?

Bir gül hekayəsi

-Qız: Xeeeyiiir, xeeeyir deyərək, saçlarını çiyninə atırmış və naz ilə gəncləri geri qaytarırmış.
Gənclər məhəllələrinə boynubükük qayıdarkən, kəndin ən igid və ən yaraşıqlı oğlanı onlara gülərək, Mən o qızdan hə alacam. Mən yaraşıqlı, o, gözəl. Təbii ki, mənə hə deyəcək.
Günlərin bir günü yaraşıqlı oğlan özünə inamla və qürurla qız gilə gedir. Qapını qız açıb, "nə var, nə lazımdır" deyərkən,
-Oğlan: Mən və Sən Allahın əmri ilə, nə deyirsən?
-Qız: Baxışları ilə oğlanı süzərək, sənə də xeyir, başa düşdün? deyərək, acılayıb, oğlanı geri qaytarır.
Oğlan utandığından kəndi tərk edib, başqa bir kəndə köçür.
Aradan xeyli müddət keçir. Cavan oğlan ailə qurur. Uşaqları böyüyüb-başa çatır. Nəhayət bir gün qərara alır ki, keçmiş kəndinə getsin. Kəndə gələndə camaat ilə hal-əhval tutur və birdən qız yadına düşür

Bir gül hekayəsi

Gecədən səhərə qıraq bir yerdən qız gilin qapısını güdür ki, səhər açılsın və gözəl qızı görsün.
Səhər açılanda qızı ona yaraşmayan bir kişinin yola saldığını görəndə heyran qalır və özünə təskinlik verir ki, mən axı bu kişidən gözələm!
Qərara alır ki, qızdan bu məsələni tam olaraq öyrənsin. Qızın qapısını döyür və qız oğlanı görəndə bir anlıq donur

-Oğlan: Yola saldığın kişi ərin idi?
-Qız: Tutularaq Bəli, ərimdir.
-Oğlan: Bəs necə oldu ki, ona ərə getdin. Axı o məndən və kənddəkilərdən yaraşıqlı deyil! Puluna ərə getmisən?
-Qız: Gözlərindən yaş axaraq şərt qoyur ki, gül baxçasından ona ən gözəl gülü dərib gətirsə, ona hər şeyi danışacaq.
-Oğlan: Burda nə var ki? Bu dəqiqə gətirərəm!!!

Oğlan gül baxçasına girib, saatlarla ordakı bütün gülləri seçir ki, ən yaxşısı olsun. Qız da oğlanı hər dəfə səsləyərək, Bildinmi ən yaxşısı olsun! Qarşısına biri birindən gözəl güllər çıxır. Amma qızın bəyənməyəcəyini zənn edərək, baxçadakı bütün gülləri dərib, bir qırağa tullayır. Ən sonunda gül baxçasında solmuş bir gülü dərib, qıza gətirir
-Qız: İndi bildin ona necə ərə getmişəm? Kənddə qismətimə çıxan bütün yaraşıqlı oğlanlardan yan keçə-keçə qocaldım və qismətimə dönə bilmədiyim üçün bununla ailə qurdum

Bir gül hekayəsi
(səs: 4)
Şərhlər: 0
Baxılıb: 6 233
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri