++++++++++Yaşamağa dəyər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 502
Səs ver:
(səs: 3)
Bir gün bir oğlan çox sevdiyi sevgilisindən ayrılır.
Bir müddət sonra sevgilisinin öldüyünü eşidir.
Onsuzda ayrıldığı zamandan bəri onsuz keçirdiyi hər saniyə ona ölüm kimi gəlirdi.
Bu xəbər onu çox sarsıdır.
Dözə bilmir və dərman içərək intihar edir.
Atası gəlib oğlunu bu vəziyyətdə görəndə qonşulara xəbər verir və onların köməkliyi ilə oğlanı xəstəxanaya aparırlar.
Ata əlində oğlunun içdiyi dərman qabları ilə onların arxasıyca qaçırdı.
Xəstəxanaya çatanda həkim nə olduğunu soruşur.
Ata cavabında: "Oğlum bu dərmanları içib intihar edib. Xilas edin oğlumu,kömək edin ona"-deyə yalvarır.
Həkim: "Nə vaxt içib bu dərmanları?"
Ata: "Dəqiq bilmirəm yəqin 2 saat olar"-deyir.
Həkim:"Artıq gecdi 1 saat sonra oğlunuz öləcək".
Qonşuların köməyi ilə ayaqda qalan oğlan artıq dözə bilmir və yerə yıxılır.
Bir anlıq öləcəyini bilmək, ölümünə 1 saat qaldığını bilmək,ölümə
bu qədər yaxın olmaq onu qorxudur. Oğlan həkimə"xilas edin məni, mən ölmək istəmirəm" deyir.
Ata oğlunu bu vəziyyətdə, gözlərinin qarşısında öləcəyini bildikdə dünya başına fırlanır.
Həkimə oğlunun xilası üçün yalvaran baxışlarla baxır.
Hər kəs həkimdən ümid dolu sözlər gözləyirdi. Lakin həkim onların yanından uzaqlaşır.
Bu hadisənin şahidi olan bir jurnalist həkimə yaxınlaşır və soruşur:
"Həkim niyə xəstəni xilas etmirsiniz? Heç olmasa mədəsini yumaq olardı axı".
Həkim:"Sizdə inandınız oğlanın öləcəyinə?"
Jurnalist: "Bəs onda necə?"
Həkim gülümsəyərək oğlanın intihar etmək üçün içdiyi dərmanların qabını jurnalistə göstərərək deyir:
"Bunlar sadəcə vitaminlərdir ona heçnə olmayacaq. Mən sadəcə belə etdimki o ölümün nə olduğunu anlasın.
Həyatın, yaşamağın necə gözəl olduğunu başa düşsün. Bu sadəcə ona veriləcək bir dərs idi
.Birdə bu səhvi etməməsi üçün verilən dərs"...
Dogrudan da heyat yaşamağa dəyər. Heç kəs üçün olmasa belə özün üçün yaşamalı və 
nə olursa olsun həyatla mübarizə aparmağı bacarmalısan.

Yaşamağa dəyər

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 2 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri