Kilidlər Nəyi Kilidlər...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 125
Səs ver:
(səs: 3)

 

Üst üstə kilidlərlə, polad qapılarla kilidli evlərimiz. Almadan verməyə kilidli əllərimiz. Gözəl bir sözə, bir təbəssümə, bir salama kilidli dodaqlarımız.

 

Gözyaşlarına kilidli gözlərimiz.

 

Bir xəstəyə, bir yaşlının ayağına çatmağa kilidli ayaqlarımız.

 

Yollarımız, istiqamətlərimiz kilidli. Üfüqü göstərmir kompasımız. Çünki könülümüz kilidli. Ürəyimizə nə qədərdir üst üstə kilidlər vuruldu. Hər kilidlə özümüzə daha bir xariciləşir, özümüzdən daha bir uzaqlaşırıq. Hər kilidlə daha bir ağırlaşır, hərəkət edə bilmirik. Ömürümüzü nəfəs alıb vermədən sürüyürük.

 

Bir uşaq, yolumuzun üzərində hər səhər dəsmal satmağa çalışır. Dönüb baxmırıq. Çılpaq ayaqlarını, soyuqdan qızarmış əllərini görmürük. Bir qoca səssizcə ayrılmış aramızdan. Sahibsiz bir məzar daşına ad yazılmış bu gün. Əhəmiyyətsiz hesab edirik. Bir zamanlar budaqlarına yelləncək qurduğumuz çinar ağacı görünmür. Axtarmırıq.

 

Yanımızdakı uşaq, uşağımız bizdən ayrı böyüyür. Ətrafımızda dolanır, dəcəllik edir. Maraqlanmırıq. Günahsız dəcəlliklərinə gülə bilmirik. Maraqlarını əhəmiyyət vermir, suallarını cavablandırmır, ötürürük.

 

Sulamağı unuduruq. Saxsımızda bənövşə tənəffüs edir. Və künclərə süni çiçəklər qoyuruq. Süni bir həyat. Günlər, aylar, mövsümlər keçib gedir. Nə bahar bir işıltı qoyur ürəyimizə, nə tökülən yarpaqlar bir hüzn buraxır könülümüzə. Mövsümlər yalnız soyuqlayır və yandırıb qovurur.

 

Yanımızdakı uşaq bir səhər pərdələri açır, ətrafı dümağ tapır. Həyəcanlanır, içi içinə sığmır. Qaçmaq, qarlarda diyirlənmək istəyir. Tək bir söz sovururuq üzünə: Üşüyərsən! Soyuqluğumuzdan söz üşüyür. Bilməyirik, qarlar bizim qədər soyuqlaya bilməz. Fırtınalar bizim qədər uzağa sovura bilməz, sel suları sürüyə bilməz bilmədiyi sahillərə. Soyuqluğumuz soyuqlayır, özümüzə və həyata maraqsızlığımız, laqeydliyimiz uşağı sovurur bizdən və özündən uzaqlara.

 

Həyat həmişə iraqımızda, əlimizin dəymədiyi, terminiyin axmadığı yerlərdə yaşıllaşır. Payızda köçən quşlar göyümüzdən uçmur, tökülən yarpaqlar budaqlarımızdan düşmür. Günəş hər səhər bizimlə doğulmur, gecə bizimlə çökmür şəhərin üstünə.

 

Və uşaq bizə çata bilmir, kilidlərimizi qıra bilmir, divarlarımızı yumur. Günəş girməyən, soyuq işləməyən bir hüceyrədəyik. Rahatıq. Çünki nə hüznlüyük, nə də sevinmək sevindirmək üçün bir məqsədimiz var. Rahatımız qaçmasın, rahatlığımız yerində olsun yetər. Həyat bizə toxunmasın. Üzməsin də xoşbəxt etməsə də olar...

 

Halbuki hüznlər də sevinclər qədər əmək istəyir. Nəfəs alıb vermək əmək istəyir. Lakin biz xoşbəxt olmaq üçün tərpənmirik ki bir az hüznə əmək verək. Hüceyrəmizdə rahatıq. Çünki orada özümüz də yoxuq. Öz sevinclərimiz, kədərlərimiz, həyəcanlarımız yox. Həmişə bilmədiyimiz bir yerlərdə yaşanan ağrılara; uzaqdakılarla, başqalarıyla, hər kəslə ah-vah edir, başqalarının müvəffəqiyyətləriylə coşuruq. Çünki başqalarının ağrıları gecələri yuxumuzu qaçırmır.

 

Başqalarının müvəffəqiyyətləri üçün hərəkətə keçmək, rahatımızı pozmaq məcburiyyətində qalmırıq. O ağrıları hiss etmir, yalnız seyr edirik. O an hər kəslə birlikdə belə bir kədərlənir, sonra o kədərlərə kürəyimizi dönürük. Elə ya, o ağrıları hər kəs çoxdan unutmuşdur. İndi, uzaqlarda başqa şeylər başlamaqdadır və uzaqlarda hər şey nə qədər də sürətlidir.

 

Dərdi olmayan, kədərlənə bilməyən bir insan kimə kədərlənə bilər? Sevinə bilməyən bir insan kimi xoşbəxt etmək istəyə bilər?

 

Yanımızdakı uşaq öz halında böyüyər. Onun müvəffəqiyyətləri ancaq başqaları gündəmdə olduğunda əhəmiyyət qazanar. Lakin bunu bilməz, anlamaz uşaq. Sevinək, təlaşlanaq istər. Maraq çəkməyi, bir işə yaramağı sınayar. Bir stəkan qırar, bir vaza aşırdar. Çırpınışını görməz, yalnız qızarıq. Yenə də anlamaz. Yenə də ümidlidir, islaq aç bir pişik balasını qucaqlayıb evə gətirərkən.

 

Uşaqlara qızarıq. Çünki onlarda həyatdan qalan hər şey bir yediyimizi ortaya çıxarar. Onların əsllərinə sadiq qalmaları özümüzə nə qədər xariciləşdiyimizi təsvir edər. Belə bir aynada özümüzü seyr etmək istəyərik. Aynaları qırarıq, pişik balasını evdən qovarıq. Hər kəs həyata xariciləşsən istəyərik. Dünya xariciləşsən. Aynalar olmasın, həyat dəyişməsin, yaşamasın, dünya dönməsin.

 

Lakin insanların dayanması dünyanı dayandırmaz. Dünya dönər, zaman dəyişər, uşaqlar böyüyər. Biz qoca olarıq. Əlimiz öpülsün, başımız oxşanılsan, sözümüz dinlənsin istəyərik. Halımızı, xatirimizi soruşsunlar istəyərik.

 

Əllərimiz titrəsə, gözlərimiz görməsə də bir işin ucundan tutmaq istəyərik. Bir stəkan qırarıq, bir vaza aşırdarıq. Bir təsəlli sözü, bir az şəfqət gözləyərkən otur oturduğun yerdə! deyən sərt bir baxışla qarşılaşarıq. İnciyər, kədərlənərik. Çünki kilidlər indi qırılmış, duyğularımızın bağı ancaq həll edilmişdir. Divarlar ancaq yıxılmışdır. Və dünya nə qədər də dəyişmiş, nə qədər pozulmuşdur.

 

Halbuki dünya yalnız dönmüşdür. Həyat uzaqlarda bir yerlərdə yaşıllaşmış, yenə uzaqlarda bir yerlərdə solmuşdur. Bir ömür arxamızca süründürülmüşdür. Bir zamanki kiçiklər böyümüş, ətrafımızda birdən xarici üzlər meydana çıxmışdır. Çünki könülünə kilidlər vurulu bir dünyada böyümək xariciləşməkdir.


Tərcümə etdi: Günay Əliyeva

 
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri