++++++++++Bir ananın qızına ölməz nəsihəti

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 717
Səs ver:
(səs: 0)
Rəbiə qəbiləsindən Ümamə binti'l-Haris, qızı Ünâs'ı evləndirdiyində ona belə nəsihət etmişdir:
"Bax balam, bir kimsəyə nəsihət və məsləhət, əgər o kimsənin ədəb və tərbiyəsinə, əsl heysiyyətinə əsaslanaraq tərkedilmək lazım olsaydı mənim də indi sənə tövsiyələr verməmə ehtiyac olmazdı."
Nəsihət və məsləhət bilənə xatırlatmaq, bilməyənə izah etməkdir və hər kəs üçün faydalıdır.
• Qızım, əgər bir qız, ana-atasının sərvət və zənginliyindən ötrü ərə möhtac olmasaydı hər kəsdən çox sən möhtac olmazdın. Ey qızım, sən ana-atanın evindən, böyüdüyü yuvadan çıxıb, bilmədiyin və indiyə qədər alışmadığı, ülfət etmədiyin bir adamın evinə gedirsən.
• İndi onun razılığını göz xidmətçisi kimi özünə itaət et ki, o da sənə qul kölə olsun, yəni səni sevib məmnun olmağın üçün lazım olanı etsin. İndi sənə on şey söyləyəcəyəm. Onları unutma və lazımınca hərəkət et ki ərinlə gözəl dolanmağa müvəffəq olasan:
Sənə yemək və geyəcək hər nə gətirsə, onu könüldən qəbul etməlisən.
Əmr etdiyi şeyləri etməli, qadağan etmə dediyi şeyləri etməməli, sözünü dinləyib ona itaət etməlisən.
Evini və üstünü başını təmiz tutmağa diqqət yetirməlisən.
Görünüşü və ya qoxusu xoş olmayan şeylərdən çəkinməlidir.
Yatacağın və yemək yeməyi vaxtları təqib etməlisən. Yəni bunları hansı vaxt və saatda etməyi vərdiş halına gətirmişsə, o vaxtları yeməyini və yatağını hazır etməlisən. Çünki aclıq insanı atəşləndirir, yuxusuzluq da hirsləndirər.
Ərin malını israf və tələf olmaqdan qorumalıdır.
Ərin etibarını önəmsəməyib qohumlarına dəyər verməlisən.
Heç bir şeydə ona üsyan və müxalifət etməməlidir.
Sirrini kimsəyə ifşa etməməlisən.
Qızım, ərin kədərli ikən sevincli olmaqdan, fərah və şən ikən də kədərli olmaqdan çəkin.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri