++++++++++++++++Mənalı bir hekayə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 358
Səs ver:
(səs: 0)
 
Gözlərini bağlamış, belinə enən qara hətta qapqara saçları musiqinin nəğmələrinə uyğun gəlmiş hərəkətlidir. Qadının uzun qara kirpikləri, əsmər bədənin üzərində, gur qara qaşının altında hərəkətdədir. Qaşları da onu təqib edir onsuz da Ya Rəbbim.
Qadın gözəl, musiqi gözəl… Qırmızı paltar, yaxası da xeyli açıq… Görünən mərmərdən sütunun qübbələri deyilsə nə idi? Bilmədiyi anlaya bilmədiyi bu saatda orada olmasını kimə borclu! Bu nə etdiyinin qarşılığı verilmiş hədiyyə, bu kimin ona lütfüdür. Kim harada necə belə bir gözəlliyi ruhunda hiss edər, gözlərində bayram edər, içindəki ürək deyilən müqəddəsi bu qədər dəlicəsinə, ağılından edilmişcəsinə döyünərki d.
Sonra xatırladı.
Bəli dedi xatırladım. Bu gün mən birinə bir yaxşılıq etmişdim. Bəli.
Əslində yaşlı bir qadın idi. Özü tam avtomobilə minəcəkdi. O sırada qarşı prospektdən bu tərəfə gəlməyə çalışan o yaşlı qadını görmüşdü. Avtomobillər çox sürətli, heç dayanmadan, ara da vermədən keçərkən, qadın taqətsiz halı ilə gözləməyə çalışarkən, tələşircəsinə bir iki addım atırdı. Sonra sürətlə gələn bir taksi...
Yaşlı qadının gözlərində bir qorxu vardı.. Bir addım geri gedirdi. Yorğun olduğu damüəyyən olunurdu. Əldən düşmüş halıyla ətrafına baxırdı. Bəlkə deyirdi içindən bəlkə, daha güclü biri mənə kömək edər. Budur o çarəsizlik içində ikən onu görmüşdü gənc adam.  Avtomobilə minəcəkdi. Hazır idi, görüşü vardı çatması lazımlı idi. Yaxşıda ya o qadın?! Müəyyənki bir müddətdir orada idi.
Dərhal qərar verdi. O keşmə-keş prospektin qarşı tərəfinə keçməli idi. Bir iki siqnal, bir iki küfr hərəkəti, biri iki sözlə gələn istənməyən duyğular onu dayandırmadı. O sürətləndi, qadının yanına gəldi. Ona gülümsədi.
"Sizə kömək edə bilərəmmi?" 
"Sağolun. Həqiqətən çox ehtiyacım vardı."
Qoluna girdi. O zaman fərq etdi, qadın titrəyirdi. Onu avtomobillərin zalım sürətindən qorudu, onu qorxusundan ayıltdı, ona möhkəm tutan əlləri ilə güvən duymasını təmin etdi. Qarşı tərəfə keçirdi.
"Sizi avtomobilimlə istədiyiniz yerə buraxa bilərəm."
"Sağ ol övladım. Mən dərhal burada otururam. Heç çıxmaram amma canım bu irəlidəki kafedən qəhvə içmək istədi. Gedərkən daha rahat idim ,amma bayaqdan gözləyirəm. Heç cür keçə bilmədim .Sağ ol. Allah sənə gözəlliklər nəsib etsin."
Etmişdi. Bu gözəllik deyildi də nə idi?
Musiqi.
Qadın,
Skripka,
Qırmızı.
Qadın gözlərini açdığında daha da çaşdı. Əsmər bədəndə mavi gözlər. Ona baxdı gülümsədi. Çaşmışdı. Ürəyi yerindən atılacaqdı. Bu necə bir qəribəlik idi.
O yaşlı qadını keçirməsəydi, qarşıya görüşünə gecikməyəcəkdi. O zaman qarşı təxirə salmayacaqdı görüşməni. Bura gəlməyəcəkdi. Bu ləziz mənzərəni izləyə bilməyəcəkdi. Qadın ona gülümsədi təkrardan. Sonra yanına yaxınlaşdı.
"Bunu sizin üçün çalıram." dedi.
Budur olanlar olmuşdu.
Skripka necə bir icad idi.
Musiqi necə bir savab idi.
Nə görüş qalmışdı ağlında, nə itirdiyi pul, nə də bir az əvvəlki hirsliliyi. O bu gün bir yaxşılıq etmişdi. Ona qarşılığı gəlmişdi. Tam o sırada bir mesaj gəldi telefonuna.
"İşi aldınız təbriklər."
Gözlərinə inanmadı. Gənc qadına baxdı, gənc qadın gözlərini bir an araladı, ona göz qırpdı. Gənc adam Allaha şükr etdi. Anasını nə qədər çox sevdiyini xatırladı. Onun səsi hər vaxt qulaqlarında olmazdımı?
"Möhtaclara kömək etməyin vəzifəndir."
Həqiqətən elə idi. Bu nə gözəl bir əlaqə idi.
Ürəyi, ruhu, gözləri bayram etmişdi.

/Mənbə:Qadınlar.biz/

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri