Gecikdim.(14-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 093
Səs ver:
(səs: 1)
Ləman və Fəridə də ailə həyatı qurmuşdular. Aynur Kənan haqqında heç bir məlumata sahib deyildi. Qızlar universiteti bitirmiş, o evdən çıxmışdılar. 2 il müddətində o Kənanı unutmamışdı. Çünki, hər dəfə sevgidən söz düşəndə ilk sevgi etirafi yadına düşürdü. Qara kiçik oyuncaq ayısına baxanda Kənanı xatırlayırıdı. Bəzən oturub kiçik ayısı ilə dərdləşir, söhbətləşirdi. Keçən illər ərzində Aynur iş yerini dəyişmiş, daha yaxşı isə keçmişdi. Bu il o hətta magistraturaya qəbul olmuşdu. Qiyabi təhsil alırdı. Kənanı görməyi elə çox arzulayırdı ki, hər dəfə Bakıya yolu düşəndəe mütləq tələbə yaşadığı küçədən yolunu salırdı. Amma bir dəfə də olsun nə Kənanı nə də digərlərini görə bilirdi.
Beləcə düz 2 il keçir. Artıq ailəsi Aynurun üzərinə getmir, onu ailə qurmaq kimi fikirlərlə bezdirmirdilər. Onsuzda bunun bir mənasi yox idi. Ona görə də elçiləri heç Aynura bildirmədən rədd cavabı verirdilər. 
Aynur bu illər ərzində hələ də arzuladığı sevgini yaşaya bilməmişdi. Amma gözləyirdi. Bilirdi ki, bir gun gec və ya tez o insan gələcək. O zaman qəti və xoşbəxt addımlarla ailə qurmağı düşüunəcəkdi.
Bir gün Aynur "Facebook" da qeydiyyatdan keçir. Məktəb, universitet yoldaşarını axtarmağa başlayır. Bir neçə nəfəri tapıb dostluq göndərdi ama yenə də Kənan yadına düşür. Amma Kənangilin soyadını bilmirdi. Axtarış bölməsinə sadəcə Kənan yazdı. Yüzlərlə Kənan adında insan tapıldı. Kimi öz şəklini, kimi başqa şəkil qoymuşdu. Bəzi profillərdə isə tamamilə şəkil yox idi.  Aynur bir - bir bütün profillərə baxmağa başladı. Özüdə bilmədiyi qüvvə onu buna sövq edirdi. Axı Kənanı axtarmaq onun nəyinə lazımdı ??? Bunu bilmirdi. Sadəcə onu tapmaq istəyirdi. Beləcə 2 gün Kənan adında profillərə baxdı amma tapmadı. Ağlına bir fikir gəldi.
Seçki mərkəzinin veb səhifəsindən istifadə edəcəkdi. Axı seçki mərkəzinin səhifəsində bütün 18 yaşdan yuxarı səsvermə hüququna malik insanların ad və soyadlarə vardı. Bəs necə eləsin. Axı o küçədə kimsənin soyadını bilmirdi. Qara - qara düçünərkən ağlına bir fikir gəldi. Tez rabitə nazirliyinin səhifəsinə girib kirayə qaldıqları evin telefon nömrəsini axtarışa verdi. Budur ev sahiblərinin ad və soyadı çıxdı. Sonra həmin ad soyadını google - də axtarışa verdi. Artıq həmin məhəllənin seçicilər siyahısı qarşısında idi. Burda da Kənan adını axtarışa verdi. Yenə yaşı müxtəlif olan Kənanlar çıxdı. Budur Validə xalanın adı. Ev ünvanı da dəqiq göstərilmişdi. Ev ünvanı və nömrəsi ilə Kənangilin evlərinin nömrəsinin neçə olacağnı təqribi hesabladı və o nömrə ilə axtardı. Məmmədov Samir, Məmmədov Sənan. Samir və Sənan Kənanın qardaşları idi. Aynur üzdən onları tanıyırdı. Çünki, onları dəfələrlə küçədə görmüşdü. Adlarını isə Nigarın vasitəsi ilə öyrənmişdi. Qardaşları varsa niyə Kənanın adı yoxdu? Bəlkə Kənan başqa ölkəyə gedib, ya da onun hələ də 18 yaşı olmayıb. Beləcə yenə Kenanı tapa bilmədi. Amma artıq onun soyadını və atasının adını bilirdi. Google-a yazdı. Yenə bir şey çıxmadı. Nəinki, Kənan heş onun qardaşlarınında "facebook" da profilini tapa bilmedi. Umid edirdi ki, qardaşlarını taparsa yəqin Kənan da onların dostluğunda ola bilər. Bir xeyli vaxt keçdi. Bir gün rəfiqələrindən biri onu "odnaklassniki" yə qosulmağa dəvət etdi. "Facebook" da sinif yoldaşlarını tapa bilmədiyinə görə orda tapa biləcəyini düşünən Aynur qeydiyyatdan keçdi. 2-3 sinif yoldaşını tapdı və dostluq göndərdi. Yenə Kənan yadına düşdü. Axtarış bölməsinə Məmmədov Kənan yazdı. Yenə bir cox Kənanlar çıxdı. Bir - bir hamısına baxdı. İstədiyi nəticə olmadı. Bu dəfə isə Aynur Məmmədov Sənan yazdı. Budur elə ilk adlar içində Kənanın qardaşı Sənanın şəkli göründü. Aynur sevinirdi artıq o Kənanı tapa biləcəkdi. Aynura indiyə qədər ona bəlli deyil ki, niyə Kənanı tapmaq üçün bu qədər çalışır. Axı Kenanı tapanda nə olacaqdı? Düzdür Kənan ondan yaşca balaca olsa da, onu uşaq hesab elesə də ilk defə ona sevdiyini deyən insan idi. Bəlkə də, Kənan o məktubu uşaq hissləri ilə yazmışdı, bəlkə də ciddi deyildi. Amma fərqi yox idi. İlk dəfə sevgi etirafı eşitdiyi insan idi Kənan  ve onu yenidən görmək istəyirdi Aynur.
Sənanın profilini açdı. Elə də çox dostu yox idi Sənanın. Hamısına göz gəzdirdi. Kənan yox idi. Bəlkə şəkillərində bir şey olar düşüncəsi ilə şəkilləri açdı. Şəkillər açıldıqda aşağı bölmə də gözləri tanış simaya dəydi. Bu Kənan idi. Kənanın şəkli. Qara kostyum da, qalstukda idi Kənan şəkildə. Aynur tez şəklin üzərinə kilid edib şəkili böyütdü. Gözləri şəklin altındaki, yazıya sataşır. Sanki, dünya başına dolandı. Ola bilməz, ola bilməz. Bu nə axmaq zarafatdı. Qardaş qardaşı üçün necə belə yaza bilər. Bu suallar 10 saniyə içində Aynurun beynində dayanmadan cavab axtarırdı. Kaçki, heç vaxt Kənanı axtarmazdı, kaşki onu tapmağa çalışmazdı. Çünki, bu axtarış ona ömrünün axırına qədər peşmanşılıq, qarışıq bir kədər bəxş edəcəkdi və Kənanı ömürlük onun qəlbinə yazacaqdı. Özünü saxlaya bilməyib şəklin altında  "Bu nə axmaq zarafatdı? Utanmırsız qardaşınız haqqında belə yazmağa?" deyə şəhr yazdı.
Aynur hələ də şokda idi. Gözlərini şəkilə dikib durmuşdu. Sanki, zaman dayanmışdı. Cavab gecikmədi, sən demə Sənan da online imiş.
Cavab: xanım bilmirəm kimsiniz, amma kaşki zarafat olsaydı. 
Aynur: bu ola bilməz, bu ola bilməz. 
Cavab- siz Kənanı hardan tanıyırsız? Kımsız?
Şəklin altında isə yazılmışdı.

P.S: Ardı var.

Müəllif: Aynur(M.R) 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri