Ana sevgisi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 078
Səs ver:
(səs: 1)

Ana sevgisi-bahar təravəti
Mart ayı gələndə istər-istəməz ağlımıza Qadınlar günü və bir də Novruz bayramı gəlir. Haradan, hansı tarixi hadisədən başlanması vacib deyil, əsas olan odur ki, təqvimdə bir gün qadınlarımıza ayrılıb. Əslində bütün günlərimiz onlarındır. Qadın həm də anadır. Ana isə bizim təmannasız himayədarımız, bizim təmannasız qayğıkeşimizdir.
Min ildir adına şeirlər yazılır, min ildir adına kitablar bağlanır. Ancaq nə qədər yazılsa da, nə qədər deyilsə də, yenə azdır. Ana Allahın seçimidir,bizi anamıza, anamızı bizə Allah seçir. Ananı sevmək həm də Allahın seçdiyini sevməkdir.
Ana bizə sevgisini verir, gözünün nurunu verir. Ana bizə yuxusuz gecəsini verir. Ana bizə canını verir. Və heç nəyini əsirgəmir. Ona övlad adından deyilən xoş bir söz, övlad adınan verilən xoş bir hədiyyə dünyalar qədər qiymətlidir.
Çoxumuz itirəndən sora qiymətini bilir, yada salıb kədərlənirik. Arxamızdan bir dağ qopur, vimizin bir divarı yıxılır sanki onsuz. İlin bütün günləri onun adına  olsa,yenə azdır. Ancaq heç olmasa, bu bir gündə onu ziyarət etmək, heç olmasa, bu bir gün onu yada salmaq lazımdı, bu sevgini səadəti ondan əsirgəməyək.

 

Dünyanın ən gözəl baxçası
Saysam yadda saxlayarsan?
Sevdiyim bütün çiçəkləri
Anamın gözündədir bənövşə
Lalə qoxan əlləri
Yağış yağanda bağçamıza 
İslaq bir zanbaq olur anam.


Çağırsam gələrsən?
Dünyanın ən gözəl bağçasına
Bir yanda yeni açılmış güllər
Bir yanda kölgəsində böyüdüyüm ağaclar
Uzatsam tutarsan əlimdən?
Ərmağan olar əllərim.


/Mənbə: Qadınlar.biz/

 

 

 


 


 

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri