“Namuslu və namussuz ədəbiyyat”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 620
Səs ver:
(səs: 4)

Uzun müddətdir belə bir yazı yazmaq istəyirdim. Amma vaxt azlığı, iş çoxluğu  və sairə və ilaxır bəhanələrdən bu yazını yaza bilmirdim. Bəhanə demiş mənim "çox kitab oxuyan yüksək intelektli” insanımdan son vaxtlar ədəbiyyatla bağlı qəribə sözlər eşidirəm. Məsələn fılan kitabı oxudum tərbiyəsiz kitab idi. Kitabda söyüş və sairə etik olmayan sözlər işlətmişdilər. Nəblim daha nələr. Söhbəti çürütmədən mətləbə keçmək istəyirəm. Yəni əslində söhbət ondadır ki, bizim insan hətta kitabdan belə saxtakarlıq tələb edir. Yeni belə deyək yəqin ki, çoxları Xalid Hüseyninin "Çərpələng uçuran” romanını oxuyub ya da bu haqqda eşidib. Əsər Əfqanıstanın real həyatından bəhs edir dostluq haqqındadır. Romanın müəllifi romanda kifayət qədər real həyat səhnələrinə yer verib. Və şükrlər olsun ki, bu təsvirlər dilimizə tərcümə edilərkən pis günə qoyulmayıb. Amma bu bəziləri niyəsə bu cür təsvirləri anlamaq istəmir. Məndə bu anlamaq istəməyənləri. Başa düşə bilmirəm bu insan Əfqanıstanın real həyatı haqqında roman yazırsa orda hansı sözlərdən istifadə etməli idi?! Baytar, lənətə gələsən, qırışmal oğlu və sairə bu cür saxta sözlərdən?! Bizdə hələdə çox təəssüflər olsun ki, insanlar mənaya varmaq əvəzinə üzdə olan şeylərə fikir verirlər. Mən ədəbiyyatda, bloqda nəblim harda olur olsun əsas sözlərin arxasında durduğu fikrə varmağın lazımlığına inanıram. Nə qədər bəzəkli tiribuna sözləri görmüşük indiyədək heç bir qara qəpiyədə dəymir. Ya da o qədər özünü güya fərqli göstərən ağlına gələni yazan görmüşük. Nə olsun ki?! Əsas kitabda məna onun təsirlilik qabiliyyətidir. Burda məncə təsvirlərin elədə önəmi yoxdur. Bizdə yazılan tarixi əsərdə ya da ələ ədəbi əsərlərdə çox tez-tez görürük məsələn iki şəxs bir-birin öldürməyə hazırlaşır və onların dedikləri sözlərə bax: Lənətə gələsən baytar, qırışmal oğlu qırışmal. Sizcə gülünc deyil? Aqşin Yenisey demiş: Siz ədəbiyyatın saxtalığına baxın bir.

Hər nəsə bilirəm oxumaq bizim insan üçün əziyyətdir ona görə yazımı burda sona çatdırıram. Öz aramızda görəndə elə bilər belə çoxlu kitab zad oxuyan ölkədə yaşayırıq.

Müəllif: Orxan Ahmedsoy


(səs: 4)
Şərhlər: 4
Baxılıb: 5 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri