Növbəti ilkimiz oğurlandı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 125
Səs ver:
(səs: 6)
Dəyərli saytın dəyərli istifadəçiləri (bacişkolarım)... Yenə mən və yenə bir haqsızlığa qarşı düşmənçilik :)

Bildiyiniz kimi saytımızda keçirilən "Qadınların Dueli" yarışması 8 apreldə başlamış və 12 mayda bitmişdir. Yarışmanın qalibi də müəyyən olunmuşdur: LoNeLy_ nikli istifadəçimiz.
Layihənin rəhbəri olan Mammadov V.C. bu ideyanı futbol çempionatlarından götürərək, ilk dəfə olaraq bir qadın saytında tətbiq etmişdir.

Hazırda isə özünü bizə rəqib görən (halbuki rəqibimiz deyil də bizim üçün sadəcə ...... olan) kəs bu yarışmanın adını dəyişərək öz saytında etməyə cəhd göstərir. Göstərməyi təəccüblü deyil əlbəttə. 2 ildir artıq bu cür fəaliyyətlər görürük deyə bizə artıq təəccüblü gəlmir.

Sözüm onda yox. Həmin kəsin sözlərini bura qeyd edim: "www-də tezliklə möhtəşəm bir layihə! "Əsl ...... MƏNƏM!" deyib duelə çıxacaqsınız... Bu layihə eksluziv yalnız www-dədir..."

Belə götürəndə mən bu işə sadəcə yazıqlıq və əskiklik kimi baxıram. Oğurluyursan cəhənnəm, heç olmasa yalnız bizdə demə də ))) Milləti axmaq yerinə qoymağa cəhd göstərməyin özü bir axmaqlıqdır... Məgər bilmirsənmi :)

Bu barədə sayt rəhbərliyinə məlumat verdim və Mammadov-un dediyi bu oldu:
"Hörmətli həmkar. Bu cür hallara məhəl qoymamaq lazımdır. Səbəb isə çox bəsitdir. Artıq ömrümün 1/3 hissəsi virtual aləmdə keçir. Və bu illər ərzində bir çox ilklərə imza atmışam. Təbii ki, bu ilklərə imza atmaqda mənə həmkarlarım çox dəstək olmuşlar.
Yəqin ki, ad yazmayacaqsınız. Bu səbəbdən elə mən də anonim olaraq bir misal çəkəcəm. Ondan sonra mənə haqq verərsiniz ki, bu cür işlərə çox vaxt sərf etməyə lüzum yoxdur.
2011-ci ildə fb-də həmin kəs din əleyhinə bir çox şüarlar (statuslar) yazmışdı. 2008-ci ildən bəri bir dini qrupda xüsusi bir işi icra etdiyimdən, dostlar xahiş etdi ki, həmin kəsin bu özbaşına şüarlarına cavab yazım. Elə də etdim. Həmin vaxt uzun bir sitatlaşma getdi və sonda sualların və sübutların qarşısında acizlikdən çıxa bilməyərək Quranın ayələrinə "Onu da məni kimi insan yazıb" deyərək, kafirliyini boynuna almış oldu. Bu səbəbdən mən artıq qəbul edirəm ki, AzNET saytları içərisində (istisnalar olmaqla) digər saytların rəhbərlikləri şəxsiyyətlərində problemləri olan insanlardır. Buna görə təəccüblü deyil belə hallar.

Bir başqa misal da çəkim icazənizlə. Hamı gənc yaşlarında xoşlayır ki, bildiyi yaxud bilmədiyi bir iş barəsində müzakirə etsin və özünü haqlı çıxarsın hər hansı yolla. Allahıma çox şükür dünyəvi elmlə yanaşı dini elmim də azacıq belə olsa var. O vaxtlar mən də xoşlayırdım ki, oturum müzakirə edim. Kiminsə əməlinin səhv olmasını ona sübut edim və s.
Sonda nə nəticə əldə oldu? Həmin yezidlər onsuz da zəmanə yezidliklərində qaldılar... Olan isə mənim zamanıma oldu. Düşündüm ki, bu cür müzakirələr artıq 21-ci əsrdə lüzumsuzdur. Çünki məshəbini dəyişən pulla dəyişir, dinini dəyişən pulla dəyişir... Şəxsiyyətini satır... Bunun yolu isə müzakirə deyil. Ancaq və ancaq pul ilə şəxsiyyəti almaqdır ki, bizə heç kimin kiçik ölçülü şəxsiyyəti lazım deyil.

Sizlərə məsləhətim isə o ola bilər ki, hər bir işdə haqq və nahaqq, haqlı və haqsız, doğru və yalnız, mömin və kafir, bacarıq və acizlik və s... hər bir zaman olacaqdır.
Bircə onu qəbul edin ki, bu işlərdə mənfi tərəfdə olan insan heç bir zaman nəfsini idarə edə bilməz və daim şeytanın qulu olaraq nəfəs alıb, nəfəsini də şeytana qurban edər.
Hörmətlə."


Bu da layihə rəhbərinin sözləri... Məncə bu sözlərdən sonra susmaq kifayət edər...
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 3 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri