Ana olmasaydım....

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 051
Səs ver:
(səs: 4)
Gecələr rahat yatacaq amma hər qalxanda səni öpmək hissini dada bilməyəcəydim.
Istədiyim hər axşam, kinoya, yeməyə, sahildə gəzməyə gedə biləcəkdim amma "ana mən də gəlim” deyə ayaqlarıma yapışan kiçik əllərinin istiliyi isitməyəcəkdi ürəyimi …
Yeni boyanmış divarlarimda qələm izi və yemək izi olmayacaqdı amma mən silərkən "Ana bilmədim bağışla” deyən səsini duymayacaqdı qulaqlarım …
"‘Mən səni çox sevirəm,ana” deyə məni qucaqlamayacaqdı o kiçik qolların …
Bəlkə başım daha az agrıyacaq, daha az yorğun olacaqdım amma divana uzanıb kiçik əllərinlə etdiyin o sehirlix toxunuşların təsiriylə dirileməyəcəkdim …
Özümə ayıracaq pulum daha çox olacaqdı amma sənin balaca bankada yığdığın xırda pulları birlikdə sayıb sevinc nidalari atamayacaqdıq …
Bezini dəyişmək məcburiyyətində qalmayacaqdım amma dəyişərkən qoxudan ötəri kiçik əllərinlə həm öz burnunu həm də mənim burnumu qapayıb "ana burnunu tutum, pis iy verir deyən səsini eşidə bilməyəcəkdim …
Bir uşaq sahibi olmanın nə demək olduğunu əsla öyrənə bilməyəcəkdim …
Hər gecə mənə sarılan kiçik qollarını, burnumun üst qisiminə yerləşdirdiyin o fındıq burnunu hiss etməyəcəkdim …
Qış ayları bu qədər isti olmayacaqdı …
Xəstəxana otağında çəkilmiş fotoşəkillərin olmayacaqdı ….
Avtobusa minəndə kimsə yer verməyəcəkdi …
Hər gecə bezmədən baxdığın toy şəkillərimə bəlkə ildə bir dəfə baxacaqdım …
Anamı bu qədər sevdigimi anlamayacaqdım …
"Səni sevirəm” deməyi unudacaqdım …
Ana olmasaydım....

Gecə sənlə bağlı qorxulu yuxular görməyəcək, iztirabla oyanıb yatağının yanına gəlib, dərin dərin nəfəs aldığını izləyəməyəcəkdim …
Hansı yeməkdə nə qədər zülal, vitamin, fosfor, kalsium və s var heç bilməyəcəkdim …
Hər ay bir uşağın neçə santimetr uzanması, neçə qram artması lazım olduğu vecimə belə olmayacaqdı …
38.5 dərəcə qızdırma məni də yandırıb qovurmayacaqdı …
Hansı dişlərin nə vaxt çıxacağı mövzusunda dərin məlumatlar oxumayacaqdım …
Gecə 4:30 da gözü bağlı mətbəxə qədər gedib, stəkana su doldurub yenə gözü bağlı dönmə bacarığını qazanmayacaqdım …
Kiçik evimi uşaq kreslosu, rəngarəng əmziklər, müxtəlif boyda əmziklər, onlarla növ barbie, tüklü-tüksüz müxtəlif növ oyuncaqla və şüşələrcə uşaq dərmanı ilə doldurmayacaqdım …

Hər çıxdığım alış verişdən sənə alınmış paketlerle dönməyəcəkdim …
Hamiləlikdə 81 kiloya qədər çıxıb sonra arıqlama meyli göstərməyəcəkdim …
Doğum sonrası günlərlə ac qalıb, rejim edə bilməyəcək və yemək yemənin bir lütf, yeməmənin işgəncə olduğunu bilməyəcəkdim …
Məni bu dunyada ən çox anam sevir sanacaqdım ….
Kimsəyə bu qədər sarilamayacaq və bu qədər öpməyəcəkdim …
Sən olmasaydın əgər mən əsla ‘mən’ olmayacaqdım …
Bir uşaq doguldugu anda bir ana da doğulmuş olur …

(səs: 4)
Şərhlər: 2
Baxılıb: 3 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri