Qadınlarla əlaqədar 10 səhv!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 379
Səs ver:
(səs: 2)
İngilis psixoloqlar tərəfindən hazırlanan və Psychological Science adlı jurnalda nəşr olunan araşdırmada, qadınlar haqqındakı 10 məşhur düşüncə araşdırıldı.


• Tarixin ilk çağlarından etibarən kişilərin yığıcılıqla ailənin yemək ehtiyacını qarşıladığı bilinir. Ancaq arxeoloqlara görə qəbilənin ehtiyacının 80%-ni qadınlar ödəyirdi. Kişilər ancaq vaxtaşırı böyük heyvanları ovlamağa gedirdi.
• Qadınların uşaqlarıyla daha çox romantik ünsiyyət qurduğu bilinir. Psixoloqlar bunun səhv olduğunu ortaya çıxardı. Atalar analardan daha çox vaxt keçirir, daha çox sevgi nümayiş etdirir. Ancaq analar uşaqları gülümsədiyində daha çox xoşbəxt olur.
• Analar uşaqlarını qoxularından tanıya bilir. Əslində bu çox da doğru bir məlumat deyil. Analara uşaqlarının geydiyi t-shirtlər verilərək edilən bir təcrübədə anaların uşaqlarını tanıya bilmədikləri ortaya çıxdı. Atalar isə daha böyük bir uşaqla körpənin qoxusunu ayırt etmədə müvəffəqiyyət əldə etdi.
• İşləyən qadınların kişilərdən daha az qazandığı düşünülür. Ancaq araşdırmaya görə Avropadakı qadınların 60%-i  kişilərdən daha çox qazanır.
• Qadınların kişilər qədər əsəbi olmadığını düşünürsünüzsə yenə səhv edirsiniz. Cinayət statistikalarına görə həyat yoldaşlarını öldürən qadın sayı kişilərə nisbətlə daha çoxdur.
• Həmişə qadınların daha incə, qorunmağa ehtiyacı olan varlıqlar olduğunu düşünürük. Ancaq psixoloqlar streslə mübarizə aparma nisbətlərinə baxaraq qadınların daha dayanıqlı olduğunu ortaya qoyur.
• Qadınların ağrıya dayanıqlı olmadığı da tamamilə bir səhvdir. Doğum kimi ağrılı bir müddətə asanca dözə bildikləri düşünüldüyündə qadınların ağrıya qarşı da dayanıqlı olduğu görülə bilər.
• Qadınların təmizliyə kişilərdən daha düşkün olduğu da digər bir gerçəkdir.
• Qadınların pornodan  xoşlanmadığını düşünürsünüzsə yanılırsınız.
• Kişilər cinsi mənada daha çox həyəcan hiss edən varlıqlardır. Ekspertlər qadınların da bu mövzuda ən az kişilər qədər həyəcanlı olduğunu ortaya çıxarır.

/Mənbə:Qadınlar.biz/



(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 379
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri