Qəddafinin zorladığı 19 yaşlı qızın tükürpərdən hekayəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 195
Səs ver:
(səs: 4)

 

http://imgs.su/tmp/1314858551-656.jpg


Nəsrin Forqani gördüyü dəhşətləri dünyaya anlatdı

Liviyada Müəmmər Qəddafi rejiminin devrilməsi ilə bir zamanlar onun müdafiəsində duran döyüşçülər çox çətin şərtlərlə həyatda qalmağa çalışırlar. Bunlardan biri də Qəddafinin "Amazonlar" adıyla tanınan qadın mühafizə alayının üzvlərindən olan Nəsrin Mənsur Forqanidir.
İndi dünya mediası Tripolidəki xəstəxanalardan birində müalicə alan 19 yaşlı qızın tükürpərdən hekayətindən yazır.

Çarpayıya bağlanmış gənc tətikçi

Nəsrin Forqani Tripolinin Mitiqa hərbi xəstəxanasında ayaqlarından çarpayıya bağlanmış halda müalicə alır. O, Tripoli uğrunda döyüşlər zamanı Qəddafi əsgərlərinin üsyançıları güllələdikləri otaqdan qaçarkən yaralanıb.
Nəsrin başına gələnləri İngiltərənin "Daily Mail" qəzetinə danışıb. O, etiraf edib ki, üsyançılar Tripoliyə doğru irəlilədikləri günlərdə aldığı əmrlə 11 üsyançını güllələyib. "Otağa bir üsyançı gətirdilər. Onu öldürdüm. Ardından birini də gətirdilər. Hər yeni gətirilən yerdəki cəsədi görüncə şok keçirirdi. Ardından onu da vururdum. Aramızda bir metr belə məsafə olmurdu. Əgər əmrə tabe olmasaydım, öldürülən mən olardım", - deyə Nəsrin bildirib.


Həyatı dəyişən tanışlıq və ya min qızdan biri

Nəsrin Qəddafinin "Amazonlar"ı sırasına necə düşdüyünü belə anladıb:
O kiçik yaşlarında olanda ana və atası ayrılıb. Anası ilə yaşayan yeniyetmə qız bir gün Qəddafinin qadın mühfizəçilərinin rəhbəri Fatma əl Drebi ilə tanış olub və həyatı bununla da dəyişib. O, ailəsinin etirazlarına baxmayaraq Tripolidəki hərbi akademiyaya gedib və orada Liviyanın dörd bir yanından gəlmiş min qızın arasına qarışıb. Fevral ayının əvvəllərində Nəsrin və akademiyadan Fatin adlı rəfiqəsi Tripoli hava limanının yaxınlığındakı bir təhlükəsizlik məntəqəsində görəv alıb.

Qorxulu Fatma və komandirin təcavüzü

Nəsrin onlara rəhbərlik edən Fatmanın daimi təhdidi altında olub. Qadın mühafizəçilərin rəhbri

Nəsrinə təlqin edirmiş ki, əgər anası Qəddafi haqqında xoş danışmasa onu öldürməlidir. Əgər onun özündə Qəddafiyə qarşı mənfi münasibət hiss olunsa, ölümcül döyüləcək və s.
Günlərin birində Fatma Nəsrini qaldıqları qərargahdakı yataq otagına aparıb və...
"Bir gün məni qərargahdakı bir yataq otağına apardı. Bir az sonra briqadanın komandiri Mənsur Dau gəldi və mənə təcavüz etdi. Fatma hədələdi ki, bunu kimsəyə deməyim. Mənsur nə zaman gəlirdisə Fatma ona yeni qızlar aparırdı və qarşılığında hədiyyələr alırdı", - deyə Nəsrin nəql edib.

Onun rəfiqəsini başından güllələyiblər

Gənc qız daha sonra Mənsurun oğlu İbrahimin və Nuri Saad adlı bir zabitin də təcavüzünə uğradığını deyib. Nəsrin rəfiqəsi Fatinin öldürülməsindən də danışıb. O deyib ki, Fatini Qəddafinin oğlu Seyfülislamın mühafizəçilərindən biri başından vurub. Onların olduğu təhlükəsizlik məntəqəsinə kortejlə gələn Seyfülislamı yaxından görmək istəyən Fatin avtomobillərə yaxınlaşan kimi mühafizəçilərdən biri gülləni onun başına çaxıb.

 

Gənc qız cəllada necə çevrildi

Nəsrin isə Tripolinin Boslem məhəlləsinə aparılıb və burada qatilliyə məcbur edilib. Əlinə AK-47 verilərək qapısında qara hərbçi qadının keşik çəkdiyi bir otağa salınıb. Daha sonra otağa növbə ilə əlləri bağlı üsyançılar gətirilib və Nəsrinə onları güllələmək əmr edilib. İndi xəstəxanada depresiyya vəziyyətində yatan qız buna qədər heç kimə atəş açmadığını, amma 3 gündə 11 nəfəri öldürməyə məcbur edildiyini deyib.

Ölüm otağından qaçış

Nəsrin ikinci mərtəbədəki edam otağından həyatını riskə ataraq qaçıb. O, pəncərədən atlaınb və xəsarət almasına baxmayaraq qərargahdan çıxa bilib. Yolda o, bir neçə nəfər Qəddafi əleyhdarına rast gəlib. Onu əvvəlcə bir məscidə aparıb su veriblər, daha sonra isə xəstəxanaya götürüblər.
"Qəddafinin qadın muhafızəçilərinin hamısı zorlanıb"

Xəstəxana növbətçiləri və tibb bacılarının həqarətinə məruz qalan Nəsrin davamlı şəkildə ağlayıb. Amma sonunda ona rast gələn jurnalistlər ögey anasına zəng edib məlumat veriblər. Xəstəxanaya gələn ögey anası və qardaşı gələcəyindən əndişəli Nəsrinə dəstək olmağa çalışıblar.
Nəsrinə ən çox yardım eden isə xəstəxananın uşaq psixoloqu Rabia Qajumdur. Qajum "Nəsrin də qurbanlardan biri... Qəddafinin qadın muhafızəçilərinin hamısı təcavüzə uğrayıb. Onlar əvvəlcə zorlanıb, sonra hərbi təlim keçiblər. İndiyə qədər Nəsrin kimi dörd hərbçi qızı müalicə etdim" deyə bildirib.

Nə qədər qorxu içində olsa da, şanslı...

Nəsrinin doğma anası Tunisdə xərçəng xəstəliyindən müalicə alır. Əlil arabasına məhkum olmuş atası isə qızının başına gələnlərdən xəbərsizdir. Nəsrin isə nə qədər qorxu içində olsa da, gələcəyi üçün ümidlidir. Ən azı Tripoli küçələrində atılıb qlan Qəddafi əsgərlərinə aid cəsədlərdən fərqli oalaraq, onun qanlı diktator uğrunda nəyə görə savaşmağa məcbur olduğunu anlatmaq şansı var.

 

(səs: 4)
Şərhlər: 0
Baxılıb: 3 195
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri