Tanışlıq saytlarına münasibətin necədir? - MÜZAKİRƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 995
Səs ver:
(səs: 6)
Bu halların Azərbaycanda müsbət qarşılanmasına isə hələ çox var. İnsanlar tanış olurlar, lakin çox nadir hallarda bu, ciddi münasibətlərlə yekunlaşır. Gənclər tanışlığın internetdə baş tutduğunu valideynlərinə deməkdən çəkinirlər. Valideynlər adətən belə sözləri rahatlıqla qəbul edirlər: "O qızı toyda görmüşəm", "Universitetdə tanış olmuşuq", "İş yoldaşımdır". Bəs internetdə tanışlığın qəbahəti nədir? Nəyə görə, bunu etiraf etməkdən çəkinirik?

Qadinlar.biz Milli.Az saytına istinadən xəbər verir ki, kişilərimiz internetdə tanışlığa ciddi yanaşmırlar. Qadınlar isə internetdə tanış olduqları insanlarla münasibəti yaxın etməyə risk etmirlər. Kim təminat verə bilər ki, onunla danışan elə öz məhlələrindəki avara deyil? Hansısa cinayətkar deyil? Əlbəttə ki, belə bir təminat yoxdur.

Qadınlar adətən belə saytlarda son ümidlərini reallaşdırmaq üçün və ya xarici vətəndaşla tanış olmaq üçün qeydiyyatdan keçirlər. Kişilər isə əyləncə və ya fantaziyalarını reallaşdırmaq məqsədi ilə keçirilər.

Bu məsələyə ehtiyatla yanaşılması anlaşılandır. İnternet ucu-bucağı olmayan bir məkandır. Burada yalnız ümid intuisiyalara qalır. "Axı o, gözəl yazırdı", "Axı o, fotoda hündürboy, sarışın idi". Bu fikirlər də internet tanışlarını məyus edir.

Amma internet tanışlığının pozitiv tərəfləri də var. Bir-birlərini məhz internetdə tapan və ailə quran insanlar da az deyil. Əlbəttə ki, bu cür hadisələr insanların bir-birlərinə qarşı daha az şübhə ilə yanaşdığı xarici ölkələrdə çox baş verir.

Bəs siz necə düşünürsünüz? Risk etməyə və yarımızı tanışlıq saytlarında, sosial şəbəkələrdə axtarmağa dəyərmi?

Şərhlərinizi gözləyirik.
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 6 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri