Bir illik evli qadından etiraflar ( çox maraqlı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 399
Səs ver:
(səs: 7)
Yazılanlara gülə bilərsiniz, amma unutmayın bunların hamısı sizin də başınıza gələ bilər.
Paltar yuyucusu problemi
İlk üç ay paltar yumşadıcısını, maye paltar yuyucusu zənn edərək paltarları yudum. Nəticə: böyük bir hüsran... Təmizlənməyən paltarlar və bolca küfr...
Yataqda biri var?
Evləndikdən beş ay sonra biriylə birlikdə yatmağa ancaq öyrəşə bildim. Bir gün bunu həyat yoldaşıma dediyimdə isə "İlk aylar niyəyatağın ən qırağında yatdığını indi anladım" dedi.

Hər dəqiqə ütü işi
Bizim evdə ütü ödənişlidir ... Heç kim  inciməsin! Ütü işini etmək üçün həyat yoldaşımdan müəyyən bir miqdarda pul almalıyam. Ütüləməkdən nifrət etdiyim üçün bu işi əyləncəli hala gətirməyə çalışıram, nə edim yəni...

Aspiratorun dözülməz səs-küyü
Bir axşam bizə gələn rəfiqəmlə birlikdə mətbəxdə yemək hazırlayarkən, yemək qoxusu getsin deyə aspiratoru işlətdim. Rəfiqəm, aspiratorun səsindən narahat olduğu üçün dərəcəsini azaltdı. Mənsə onun sayəsində, aylardan bəri istifadə etdiyim aspiratorun dərəcəsinin, haradan azaldığını öyrəndim!

Və sığortalar təyin edər
Evimə çox əhəmiyyətli bir qonaq gələcəkdi. O səhər erkəndən qalxdım, mətbəxə girdim. Ən son olaraq börəyi hazırlayıb sobaya qoyduqdan sonra təmizliyə başladım. Aradan bir saat keçməsinə baxmayaraq hələ böreğin bişmədiyini fərq etdim. Qonaqlar gəldi, getdi amma ortada börək filan yox idi, pis oldum təbii ki... Soba tam da xarab olacaq günü tapmışdı! Yaxşı, həqiqətən börək niyə/bişməmişdi bilirsiniz? Sobanı, qabyuyan maşını, paltaryuyan maşını və elektrik süpürgəsini eyni anda işlətdiyim üçün sığortalar atmışdı!

Çıraqçılıqdan ustalığa
28 il boyunca yemək etməyən mən, məgər bütün yeməkləri etməyi bilirmişəm! İllər tərəfindən yemək edərkən anama kömək etdim, aman əsla səhv anlamayın kömək dediyim; şkafdan pomidorları ya da sousu çıxarmaq filan idi. Buna baxmayaraq evləndikdən sonra vəhy enmiş kimi bütün yeməkləri hazırlamağa başladım. Məni əsl çaşdıransa anamın yemək hazırlayarkən dediyi pik nöqtələrin bir-bir beynimə girmiş olması idi. Halbuki anam yemək hazırlamaqla əlaqədar məlumatları dediyi anda, mənim ağılım beş qarış havada idi... Buna baxmayaraq mətbəxdə tək başıma yemək hazırlayarkən anamın bütün dedikləri tək-tək beynimdən keçirdi.

Souslu qatıq şorbası ?!?

Günlərdən birində qatıq şorbası etməyə qərar verdim. Şorbanın içinə nə tapdımsa atdım, sous da daxil! Şorbanı içərkən, içimdən şorbanın nə qədər gözəl olduğunu düşünürdüm ki, həyat yoldaşım "Canım, şorba gözəl olmuş amma bir qonaq gəldiyində bu şorbadan hazırlama məncə" deyərək məni çökdürdü.

Qonaqdan qonağa...
Bir gün həyat yoldaşıma, "Sabahısı gün qonaq gələcək" dediyimdə "Nə gözəl... Neçə vaxtdır ev təmizlənmirdi. Bu da bəhanə olar!" dedi. Təbii ki,mən yenə şokdayam!

Budur əsl sevgi
Həyat yoldaşım, elə şişirdiləcək şəkildə romantik biri deyil. Yəni heç bir xüsusi günümüzü unutmaz filan amma klassikləşmiş eşq sözlərindən nifrət edər. Bunun yerinə sevgisini, davranışlarıyla bildirməyi sevər. Sevimliykən bu mövzuyla əlaqədar tez-tez müzakirə edərdik amma evləndikdən sonra bu mövzunu bir məsələ halına gətirməyi buraxdım. səbəbin bilirsiniz? Çünki yoldaşım, gecələri yatarkən, fərqində olmadan əlimi tutur. Bu da mənə bəs edər.

Və bir xəbərdarlıq da qonaqlara
Evimə gələn qonaqlara elan! Xaiş edirəm heç bir otaqdakı şkafımı açmayın! Üzərinizə bir şeylər düşsə, olacaklardan mən cavabdeh deyiləm! Hələlik deyəcəklərim bu qədər...

/Mənbə:Qadınlar.biz/
(səs: 7)
Şərhlər: 5
Baxılıb: 8 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri