Heç kim məni sevmir?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 12 970
Səs ver:
(səs: 4)
Bəzən özümüzü dəyərsiz, bacarıqsız, çirkin, tənbəl, zərər çəkmiş hiss edərik. Başqa insanların bizi kiçik hesab etdiyini, kobud davrandığını, ayağımızı aşağı çəkməyə çalışdığını kədərlənərək fərq edər və üsyan edərək soruşarıq: kimsə məni sevmirmi, niyə mənə pis davranırlar? Dünyadakı heç kimin bizə dəyər vermədiyini, sevmədiyini düşünərək özümüzü çox pis hiss etdirəcək yazıq hisslərə qapılarıq, davranışımız dəyişər. Olduğumuz mühitdə bizə edilən bir zarafat ya da tənqid, hər zamankindən daha çox təsir edər və incidər.

Niyə özümü dəyərsiz hiss edirəm?
Görəsən nə olur da bəzən özümüzü bu qədər dəyərsiz, kimsə tərəfindən sevilməyən bir qadın olaraq görürük? İndi bizə, özümüzü daha yaxşı hiss etdirəcək, həqiqətən sevilməyə layiq olduğumuza inandıracaq, həyatımızı və əlaqələrimizi təşkil edəcək əhəmiyyətli məlumatları öyrənəcəyik. Hazır olun, həqiqətən şahanə bir qadın olduğumuzu görəcəksiniz!

 Kim mənə sevildiyimi söyləyəcək?
Başqa insanlar tərəfindən bədənsəl və romantik inciməyə icazə verən və özünü dəyərsiz hiss edən qadınlarda çox rast gəlinən bir davranış qəlibi vardır: özünə sevgi, hörmət etmə və dəyər vermənin ağıllarına belə gəlməməsi! "Mən, qabiliyyətli, yaxşı və xoş biriyəm. Həqiqətən sevilməyə layiq bir insanam. Özümü çox sevirəm" deyən o iç səsini dinləmə vərdişləri yoxdur. Elmi araşdırmalar bizə deyir ki: özünüzü qiymətli, sevilməyə layiq hiss etmək və həyatınızı xoşbəxtliklə yaşamaq istəyirsinizsə, əvvəlcə özünüzə dəyər verməli, sevməli və öz gözlərinin içinə xoşbəxtliklə baxmalısınız. Əziz Qadınlar. biz özümüzü sevməyə başlayacağıq, deyilmi? 

Niyə özümü dinləməyi unutdum?
İçimizdə əks-sədalanan və bizə "səni çox sevirəm!" deyən o səsi dinləməyi unutmamızın müəyyən səbəbləri vardır. Məsələn, mərhəmətsiz və sevgisini göstərməkdən qaçan ana-atamız ola bilər. Bizi təqdir etməyən, hər etdiyimizi alçaldan bir ər ya da sevimli, sonradan öz səsimizi dinləməmizi unutdurmuş ola bilər. Duyğularımızı kəşf etməyə başlayaraq öz hörmətimizi itirməyə səbəb olan hadisələri tapaq və bizə aid olanı geri almaq üçün hərəkətə keçək.

Özümü necə sevə bilərəm?
Özünüzü sevməyə başladığınızda içinizdə müsbət hisslər yaşamağa başlar və davranışlarınız dəyişər, özünüzə daha çox inanarsınz. Heç kimin sizi incitmənizə icazə verməzsiniz çünki özünüzə həqiqətən elə dəyər verərsiniz və özünüzdən elə əminsiniz ki, başqa birinin tənqidi sizi yolunuzdan çevirə bilməz.

Özümə necə güvənə bilərəm?
İş mühitində və ya ictimai yığıncaqlarda başqa insanların sizə istiqamətli mənfi düşüncələrinə qulaq asmayın. Digər insanların sizdən daha ağıllı kimi görünməsinə fikir verməyin. Siz özünüzə inanın və güvənin. Çünki siz, həqiqətən sevilməyə layiq,  ağıllı bir qadınsınız.  Həyatınızın və özünüzün idarəsini ələ alacaqsınız, deyilmi möhtəşəm qadın? Hər gün 10 dəqiqə aynanın qarşısına keçib özünüzə baxın və nə qədər möhtəşəm, ağıllı  olduğunuzu özünüzə söyləyin. Başqa insanlar tərəfindən olduğunuz kimi sevilmək istəyirsinizsə, əvvəlcə siz özünüzü olduğunuz kimi sevməlisiniz.  Siz özünüzə inanıb və güvənsəniz, digər insanlar da sizə güvənər və inanar.

Həyatımı izah etsəm roman olar!
Bəzən özünüzdən, bəzən ananızdan ya da başqa ətrafınızdakı başqa bir insandan mütləq eşitmisiniz, ağrılarla dolu həyatı olduğunu izah etmək üçün belə söyləyərlər: "həyatımı izah etsəm roman olar!" Yaxşı, bunu bizə fayda verəcək şəkildə istifadə edək. Həyatınızın bir roman, film ya da teatr oyunu olaraq düşünün. Yazıçı, rejissor, baş rol oyunçusu sizsiniz və bu filmin müvəffəqiyyətli olması tamami ilə sizə bağlı.  Filminizi bərbad edən oyunçuları dərhal kənara atın. Özünüzü motivasiya etmək üçün gələcəyi xəyal edin: həyatınızın həqiqətən bir film, roman ya da teatr oyunu olduğunu və digər insanların ondan təriflə danışdıqlarını… Bəli, bu gerçək ola bilər.

 Eqoist deyilsən!
Həyatın idarəsini ələ almaq istədiyinizdə, yalnız etmək istədiklərinizi etməyə başladığında, sizə uyğun olmayanlar üçün "xeyr" dediyinizdə, inanc və etibarla fikirlərinizi dilə gətirməyə başladığınızda bəzi insanlar sizə, "sən çox dəyişdin, eqoistləşdin" deyəcək. Buna əsla aldırmayın! Hətta onlara gülümsəyərək "bəli, eqoist bir qadınam" dəyin. Bunu düşünün: indiyə qədər başqaları qırılmasın, kədərlənməsin deyə yaşadınız da nə oldu? Nə qazandınız?

/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 12 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri