Büsqalterlər haqqında maraqlı faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 730
Səs ver:
(səs: 4)
"Huffington Post" xəbər saytı qadınların büsqalter haqqında bilmədiyi faktları açıqlayıb. Qadinlar.Biz Türkiyə mətbutına əsasən, büsqalterlər haqqında maraqlı faktları bu cür sıralayıb.

1. Qadınların çoxu elə düşünür ki, büsqalterlər xərçəngə səbəb olur. Lakin əksinə, büsqalterlər  xərşəng riskini artırmır. 1990-cı illərdə Amerikanın "Scientific American” adlı elmi jurnalı büsqalterlərin döş toxumalarına zərər verdiyini və buna görə də xərçəngə səbəb olduğunu deyirdi. Alimlər bunun əfsanədən başqa bir şey olmadığını açıqlayıb. Bu əfsanəyə çoxları inansa da, heç bir elmi araşdırmada öz təsdiqini tapmayıb. 

2. ABŞ-da qadınların sinə ölçüsünün 34B olduğu açıqlanmışdı. Hazırda isə 36C olduğu deyilir. Alt geyim mağazaları satılan məhsulların siyahısnı tuta və ən çox hansı ölçünün satıldığını qeydə ala bilir. Lakin mütəxəssislər qeyd edir ki, büsqalterlərin qəlibləri onları istehsal edən markalara, hətta modelə görə dəyişir. 

3. Bəzi qadınlar büsqalterlə yatarkən sinələrinin sallanmağının qarşısını ala  biləcəyini düşünür ancaq bu doğru deyil. Mütəxssislər qeyd edir ki, büsqalterlə yatmaq nə sinələrin sallanmağının qarşısını alır, nə də ki, zərər verir. Yəni, heç bir təsiri yoxdur. 

4. Qadınların çoxu büsqalterin geyimin altından görünməsini istəmir. Lakin ağ rəng düzgün seçim deyil. Bu kimi hallarda ən yaxşı variant dəri rəngində büsqalter seçməkdir. Paltarla eyni rəng də geyinmək olar. 

5. Fransalı araşdırmaçılar büsqalterlərin hər hansı bir faydasının olmadığını, hətta sinələrinin daha çox sallanmasına səbəb olduğuna dair sənəd hazırlamışdı. Bu araşdırmada 18-35 yaş arası 300 qadının sinələri 15 il ərəzində yoxlanılıb. Fransalı mütəxəssis Burnette görə, bu araşdırmanın nəticəsinin doğru olduğunu düşünmək olmaz. Çünki 15 il ərzində qadınların döş ucları ilə körpücük sümüyü arasındakı məsafə ölçülüb. Ancaq əsl aşağı düşən hissə döşün alıtıdır. Burnett, büsqalterlərin döş toxumalarındakı liflərin davamlı olaraq hərəkət etdiyindən dolayı boşalnmasını və sallanmasını əngəllədiyini deyir. 

6. Döşləri qaldıran funksiya büsqalterin içindəki teli və ya asqıları deyil, kürək hissədəki bant (rezin) hissəsidir. Asqılar büsqalterin sinəyə yapışıb qalmasını təmin etsə də, bunun 90 faizi bantın üzərinə düşür. Kürəyi sıxmayan sehirli büsqalter yoxdur. Bantlar bədəni sıxdığı üçün dəridə iz qoyur. Büsqalterlərin keyfiyyətindən şikayaət edib özünüzü yormayın çünki hamısı belədir... 

7. Mütəxəssislər qeyd edir ki, bir büsqalterin ömrü 6-9 aydır. Paltar yuyan maşında deyil, əllə yuyularsa ömürləri 1 ilə qədər uzana bilər. Kiçik sinəli qadınlar bu saəhədə daha şanslıdılar. Çünki onların büsqalterlərinin asqıları və  bantı daha gec korlanır. 

 


(səs: 4)
Şərhlər: 2
Baxılıb: 7 730
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri