Gündəlik həyatımızda tez-tez atalar sözlərindən istifadə edirik. Bəziləri həqiqətən lap yerinə düşür bəzilərini isə eşidəndə özümüz də təəccüblənirik! Sizinlə bir neçə atalar sözünü müzakirə etmək istərdim. Məsələn:aşağıdakı atalar sözlərinin mənasını necə başa düşmək olar?
Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. *** Çox bilirsən, az danış. *** Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər. *** Ağıl başda olar, yaşda olmaz. *** Dost yaman gündə tanınar. *** Zəhmət-torpaqda , nemət-süfrədə. *** İş insanın cövhəridir. *** Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın. *** Tənbələ dedilər dur qapını ört,dedi külək örtər.və.s........
Amma indi gəlin aşağıdakı atalar sözlərini diqqətlə oxuyaq. Başını keçəl eləmə,
Hər keçəlin taleyi bir olmaz. *** Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı *** Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar. *** Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə. *** Ağlı olan məscidə getməz. *** Molla aşı gördü, yasini yadından çıxartdı. *** Molla tuluq zurnasıdır, qarnı dolmasa səsi çıxmaz. *** Qonşu qonşu olsa, kor qız ərə gedər... Sonda ən çox bəyəndiyim bir atalar sözünü sizlərnən bölüşmək istədim.
Bülbülü saldılar qəfəsə dedi:
"Ay vətən, ay vətən",
buraxdılar, qondu tikan koluna, dedi:
" Can vətən, can vətən"
Bəs siz istifadəçilərimiz gündəlik həyatınızda hansı atalar sözündən daha çox istifadə edirsiniz?